Azərbaycan Londonda daha bir qızıl medal qazandı

Ölkəmizin daha bir idmançısı İngiltərə paytaxtında fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir. Bu dəfə XIV Yay Paralimpiya Oyunlarında cüdoçu Ramin İbrahimov fərqlənmişdir. Həmvətənimiz 60 kq çəki dərəcəsində keçirdiyi bütün görüşlərdə qalib gəlmiş və Azərbaycana Paralimpiadanın qızıl medalını qazandırmışdır.
Çempion onu böyük qələbəyə aparan yolda əvvəlcə koreyalı rəqibinə öz üstünlüyünü sübuta yetirmiş, sonra da Fransa, Yaponiya və Çin təmsilçilərini məğlubiyyətə uğratmışdır. Bununla da Ramin İbrahimov dörd il əvvəl Pekində keçirilmiş XIII Paralimpiya Oyunlarında qazandığı bürünc mükafata XIV Paralimpiadanın qızıl medalını da əlavə etmişdir. Xüsusilə fərəhli haldır ki, cüdoçumuzun bu nailiyyəti Paralimpiadanın birinci gününə təsadüf etmişdir.
Həmin gün daha dörd paralimpiyaçımız start xəttinə çıxmışdır. Onlar arasında ən yaxşı nəticəni sərbəst üsulla 400 metr məsafəyə üzgüçülükdə Natali Pronina göstərmişdir. O, təsnifat mərhələsində uğurla çıxış edərək, final mərhələsinə vəsiqə qazanmış, burada isə beşinci olmuşdur.
Paralimpiadanın start günü 26 ölkə nümayəndələrinə medallar təqdim edilmişdir. Bir qızıl medala malik Azərbaycan yığması Fransa, Macarıstan, Nigeriya və Cənubi Afrika Respublikası komandaları ilə 12-ci yeri bölüşürdü. Cədvələ isə 5 qızıl, 6 gümüş və 3 bürünc mükafat qazanan Çin idmançıları başçılıq edirdilər. İkinci-üçüncü yerləri Avstraliya (3+3+3) və Böyük Britaniya (2+3+2) komandaları tuturdular.
Dünən, yarışların ikinci günü Azərbaycanın daha dörd idmançısı start xəttinə çıxmışdır. Rövşən Səfərov (81 kq) və Afaq Sultanova (57 kq) cüdo turnirində, Samir Nəbiyev lövhə tullamaq, Yelena Taranova isə güllə atıcılığı yarışlarında mübarizə aparmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında