Paralimpiyaçılar medallar uğrunda mübarizəyə başladılar

Londonda XIV Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuş və onun iştirakçıları medallar uğrunda mübarizəyə başlamışlar. İndiki Paralimpiada bu startların tarixində ən mötəbər yarışdır. İngiltərə paytaxtına 165 ölkəni təmsil edən dörd mindən çox idmançı toplaşmışdır. Onlar 11 gün ərzində 20 növ üzrə yarışlarda ən güclüləri müəyyənləşdirəcəklər.
Artıq beşinci dəfə Paralimpiya oyunlarının iştirakçısı olan Azərbaycan idmançıları da Londona mötəbər nümayəndə heyəti ilə yola düşmüşlər. Buna qədər həmvətənlərimiz ən çox iştirakçı ilə Pekin -2008 Paralimpiya Oyunlarında təmsil olunmuş və əla çıxış edərək dörd növ üzrə yarışlarda 18 nəfərə 10 medal - 2 qızıl, 3 gümüş və 5 bürünc mükafat qazanmışdılar.
İngiltərə paytaxtının idman bazalarında starta 21 paralimpiyaçımız çıxacaq. Xəbər verdiyimiz kimi, onlar altı növ - cüdo, yüngül atletika, güllə atıcılığı, üzgüçülük, oxatma və pauerliftinq yarışlarında çıxış edəcəklər.
Dünən, XIV Yay Paralimpiya Oyunlarının birinci günü Azərbaycanın beş idmançısı mübarizəyə qoşulmuşdur. Natali Pronina sərbəst üsulla 400 metr məsafəyə üzgüçülük yarışlarının təsnifat mərhələsində uğurlu nəticə göstərərək final mərhələsinə vəsiqə qazanmışdır. Əkbər Muradov 10 metr məsafəyə güllə atıcılığı, Zinət Vəliyeva oxatma yarışlarında qüvvələrini sınamışlar. Daha iki təmsilçimiz Ramin İbrahimov (60 kq) və Bayram Mustafayev (66 kq) cüdo turnirinin medalları uğrunda mübarizə aparmışlar. Onlar ilk görüşləri müvafiq surətdə Koreya və Rusiya nümayəndələrinə qarşı keçirmişlər.
Qarşıdakı günlərdə tatami üzərinə dəvət olunacaq digər təmsilçilərimizin də ilk rəqibləri məlumdur. Rövşən Səfərov (81 kq) startda Kuba, Tofiq Məmmədov (90 kq) Braziliya, Kərim Sərdarov (100 kq) Almaniya, Paralimpiya oyunlarının ikiqat çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) Rusiya və Afaq Sultanova (57 kq) Fransa cüdoçularına qalib gəlməyə çalışacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında