Uruqvay vuvuzelləri susdurdu

İyunun 16-da CAR-Uruqvay yığmalarının görüşü ilə qrup turnirinin 2-ci dövrəsinə start verildi. 1-ci dövrənin bütün oyunları maraqsız keçsə də, bu oyunla deyəsən çempionatda bir canlanma yaranır. Azarkeşlər əsl idman mübarizəsinin şahidi oldular. Çempionat ərzində 2-ci böyük hesablı qələbə (3-0) qeydə alınmaqla yanaşı, həm də Uruqvayın oyunçusu Forlan dubla imza ataraq və bombardirlərin cədvəlinə başçılıq edir. Beləliklə CAR öz azarkeşlərini məyus etdi. Oyunun əvvəlində haray salan vuvuzellər sonda susmuşdu. İyunun 17-də daha 2 oyun keçirilib.
Argentina - Cənubi Koreya (4-1)
Yunanıstan - Nigeriya (2-1)

Futbol üzrə 19-cu Dünya Çempionatında daha bir rekorda imza atılıb. Təkcə 15 iyunda FİFA-nın www.fifa.com saytına daxil olanların sayı 10 milyona, baxılan səhifələrin sayı isə 265 milyona çatıb. Bundan əvvəlki rekord isə 2006-cı ildə - yalnız çempionatın qrup turnirinin son oyunu zamanı qeydə alınmışdı - 250 milyon baxılan səhifə.
Builki rekordun vurulmasına isə Braziliya-KXDR oyunu səbəb olub. Çempionat müddətində sayta girənlərin sayına görə də rekordun təzələnməsi gözlənilir. Qeyd edək ki, Almaniyada bu rekord 48 milyon nəfər olub.
"3 qardaş bir yılğmanın tərkibində". Bu rekorda isə Honduras komandası imza atıb. Belə ki, ilk oyunda ciddi zədə almış oyunçu Xulio Sesara de Leonanın əvəzinə siyahıya əlavə olunan Cerri Palasios artıq yığmada adı olan Uilson və Conninin qardaşıdır. Beləliklə, 3 qardaş bir yığmanın tərkibində öz ölkələrini təmsil edəcəklər.
Argentina yığmasının baş məşqçisi Dieqo Maradona yenə diqqət mərkəzindədir. O, Pele və Mişel Platinini onun ünvanına az çərənləməyə çağırıb. Xatıladaq ki, Pele Maradonanın ünvanına belə demişdi: " Dieqonun Argentina yığmasına məşqçi təyin olunması səhv addımdır. Onun bu posta razılıq verməsi isə kasıbçılığının ucbatından olub". Maradonanın cavabı isə qısa olub: "Pele artıq muzeylikdir". Platini isə Maradonanı böyük futbolçu, lakin pis məşqçi adlandırıb. Argentina yığmasının baş məşqçisi isə cavabında bir az da irəli gedərək :"Bizim münasibətimiz heç vaxt yaxın olmayıb. Biz fransızları yaxşı tanıyırıq. Platini də fransızdır, o elə fikirləşir ki, hamıdan yaxşıdır" - deyib. Jabulani topundan gileylənən Maradona mətbuat konfransını belə yekunlaşdırıb: " Pele və Platinidən xahiş edərdim ki, mənim haqqımda çərənləmək əvəzinə meydana çıxsınlar və bu topla oynamağı sınaqdan çıxarsınlar".
Pekin şəhərində yaşayan KK adlı çinli qız isə internetdə qəribə videoçarx yerləşdirib: "Mən futbola baxmağı çox sevirəm, amma bu oyundan çox da başım çıxmır. Mənimlə futbola baxan kişiyə gününə 100 avro ödəməyə söz verirəm". Sonra isə qız öz şərtlərini açıqlayıb. Belə ki, kişi 20-40 yaşlarında, idmançı qamətli olmalı və futbolu gözəl bilməlidir. Onun tərəf müqabili mehriban olmalı, yemək bişirməyi bacarmalı və gündə azı 2 dəfə yuyunmalıdır. Futbol oyunlarını isə qız öz zövqünə uyğun seçəcək. Bu xüsusiyyətlərə malik olanlardan KK onun elektron poçtuna özünün rezyume və fotosunu göndərməyi xahiş edib.
Qrup turnirinin başa çatmasına isə 8 gün qalır:
18 iyun Almaniya - Serbiya; Sloveniya - ABŞ; İngiltərə - Əlcəzair
19 iyun Hollandiya - Yaponiya; Qana - Avstraliya; Kamerun - Danimarka;
20 iyun Slovakiya - Paraqvay; İtaliya- Yeni Zelandiya; Braziliya - Kot-d"İvuar
21 iyun Portuqaliya - KXDR; Çili - İsveçrə; İspaniya - Honduras
22 iyun Fransa - CAR; Meksika - Uruqvay; Nigeriya - Cənubi Koreya; Yunanıstan - Argentina
23 iyun Sloveniya - İngiltərə; ABŞ -Əlcəzair; Avstraliya - Serbiya; Qana - Almaniya
24 iyun Slovakiya - İtaliya; Paraqvay - Yeni Zelandiya; Danimarka - Yaponiya; Kamerun - Hollandiya
25 iyun KXDR - Kot-d"İvuar; Portuqaliya - Braziliya; Çili - İspaniya; İsveçrə - Honduras

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında