Toğrul ƏSGƏROV: "Sevincimi sözlə ifadə etmək mümkün deyil"

"Hazırda sevincimin həddi-hüdudu yoxdur. Bunu sözlə ifadə etmək mümkün deyil. Bunu apasport.az saytına açıqlamasında Olimpiya çempionumuz Toğrul Əsgərov (60 kq) deyib.
Sərbəst güləş üzrə London Olimpiadasının qızıl medalını qazanan 19 yaşlı pəhləvanımız qələbəsini şərh edib: "Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Demək olar ki, 1 ildən çoxdur bunu daha da intensivləşdirmişdik. Mənim əsas rəqibim isə finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm də yalnız digər rəqiblərimdən fərqli onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü. Çox sevinirəm ki, Vətənə qızıl medal bəxş etdim".
Əsgərov bildirib ki, Kuduxov görüşdən sonra çox əsəbi görünüb və hətta təbrik üçün lazımı cəsarəti də çatmayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında