Bizdə qara zurna, CAR-da isə vuvuzel

Milli alətlərindən olan qara zurna idman aləmində də məşhurdur. Qurşaq tutanlara, güləşənlərə bu musiqi alətinin sədaları böyük ruh verib. Lakin Afrikanın "qara zurnası" sayılan vuvuzel həm futbolçuların, həm azarkeşlərin, həm də televiziya ilə bu çempionatı izləyənlərin başağrısına çevrilib. Çempionat başlanmazdan qabaq jabulani topu haqqındakı giley-güzarlar artıq arxa plana keçib.
Bu istiqamətdə birinci ixtira da meydana gəlib. Belə ki, Almaniyadan olan həvəskar-musiqiçi Tobias Xerre televizorda translyasiya zamanı vuvuzelin səsini xüsusi kompyuter proqramı ilə batırmağı bacarıb. İxtira zurnanın səsini tutur və TV-dən gələn siqnalı ondan təmizləyir. BBC telekompaniyası da bu istiqamətdə addım atmağı planlaşdırır. İnternetdə artıq antivuvuzelafilter.com saytı peyda olub. Futbola vuvuzelin səsi olmadan baxmaq istəyənlər təklif olunan proqramı yükləmək imkanı əldə ediblər. Bu onlara 2,95 avroya başa gələcək.
Onu da qeyd edək ki, vuvuzellərin stadionlarda qadağan edilməsi məsələsinə təşkilat komitəsində baxılsa da bu, müsbət həllini tapmayıb. Bu aləti FİFA prezidenti də dəstəkləyib.
Dünya çempionatını səbirsizliklə gözləyən azarkeşlər vuvuzeldən savayı, komandaların oyunundan da narazıdırlar. İndiyədək bir oyun belə onların zövqünü oxşamayıb. 5 gün ərzində 6 heç-heçə, dünya futbol ulduzlarının adlarına layiq oyun göstərməməsi, qolların azlığı məyusedici hal sayıla bilər. Bu daha çox uzaq məsafələr qət edərək CAR-a gələn və biletlərə ən aşağısı 150-200 dollar pul xərcləyən azarkeşləri daha çox kədərləndirib. Argentina-Nigeriya və Yeni Zelandiya - Slovakiya oyunlarındakı qollar zamanı hakimlərin səhvi isə xüsusilə bağışlanmazdır. Ürəkaçan hallar isə İsveçrə, Yeni Zelandiya, Kot-d.İvuar, Qana, Paraqvay, CAR kimi komandaların sürpriz hesablara imza atmasıdır. İyunun 16-da keçirilən oyunlarla seşmə turnirin ilk oyunları başa çatır.
CAR - Meksika - 1-1
Uruqvay - Fransa - 0-0
Cənubi Koreya - Yunanıstan -2-0
Argentina - Nigeriya - 1-0
İngiltərə - ABŞ - 1-1
Əlcəzair - Sloveniya - 0-1
Serbiya - Qana - 0-1
Almaniya - Avstraliya - 4-0
Hollandiya - Daniymarka -2-0
Yaponiya - Kamerun - 1-0
İtaliya - Paraqvay - 1-1
Yeni Zelandiya - Slovakiya -1-1
Kot-d. İvuar - Portuqaliya -0-0
Braziliya- KXDR - 2-1
Honduras - Çili - 0-1
İspaniya - İsveçrə - 0-1
{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında