Təcrübədən çox şey asılıdır

Dünən Londonda XXX Yay Olimpiya Oyunlarının yeddinci günü idi. Olimpiadanın altı günündən sonra medal qazanmış 49 ölkənin siyahısında Azərbaycan yığması daha səkkiz komanda ilə 41-49-cu yerləri bölüşdürürdü.

{nl}


Siyahıda liderlik uğrunda mübarizə isə kəskin şəkil almışdı. Yarışların altıncı günü daha uğurla çıxış edən ABŞ idmançıları medalların sayına görə Çin Xalq Respublikası idmançılarına çatmışdılar. Amerikalıların 37 mükafatı-18 qızıl, 9 gümüş və 10 bürünc medalları var idi, çinlilər isə 34 medalın (18+11+5) sevincini yaşamışdılar. Lakin cədvələ gümüş medalları daha çox olan ÇXR komandası başçılıq edirdi. Üçüncü yeri 14 medalla (7+2+5) Cənubi Koreya tuturdu.
Yarışların dünənki təqvimində yalnız iki təmsilçimiz akademik qayıqlarda 2000 metr məsafəyə avarçəkən Aleksandr Aleksandrov və çəkic tullayan Dmitri Marşin starta çıxacaqdılar. Təbii ki, Aleksandrovun bizim vaxtla saat 16.30-a nəzərdə tutulan çıxışına marağımız daha böyük idi. O, ilkin mərhələ, dörddəbir final və yarımfinal yarışlarında finişə üç qalib sırasında çatmışdı və indi final yürüşü ərəfəsində medalların bir addımlığında idi. Bu mərhələ sınaqlarından da şərəflə çıxıb fəxri kürsüyə yüksəlmək üçün avarçəkənimiz yenə ən yaxşı üç nəticədən birini göstərməli idi. Qarşıda Aleksandrovu Çexiya, Britaniya, İsveç, Yeni Zelandiya və Almaniya idmançıları ilə gərgin mübarizə gözləyirdi. Təcrübəli rəqiblərindən xeyli gənc olan Aleksandr finişə beşinci çatdı. Çempion adını isə Drisdeyl (Yeni Zelandiya) qazandı. Çəkic tullayanların yarışları isə Londonun Olimpiya stationunda keçirilir. Marşin və rəqibləri mübarizəyə təsnifat mərhələsindən başlayacaqdılar. Olimpiadanın ikinci həftəsində Azərbaycanın daha 26 idmançısının çıxışlarını izləyəcəyik. Boksçular Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Teymur Məmmədov (91 kq-dək) dörddəbir final görüşlərində yarımfinala vəsiqə qazanmağa çalışacaqlar, qalan təmsilçilərimiz isə Olimpiya meydanlarında ilk çıxışları ərəfəsində son hazırlıq görür, son məşqlərini keçirlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında