Olimpiada - 2012

Azərbaycan avarçəkəni finalda!
Dünən, Londonda XXX Yay Olimpiya Oyunlarının beşinci günü Azərbaycan idmançısı, akademik qayıqlarda avarçəkən Aleksandr Aleksandrovun uğuruna sevindik. Təmsilçimiz 2000 metr məsafəyə yarışda inamla çıxış edərək final mərhələsində Olimpiadanın medalları uğrunda mübarizə aparmaq hüququ qazandı.
Bu məqsədə nail olmaq isə heç də asan deyildi. Aleksandrov kimi, onun çinli, argentinalı, çexiyalı,britaniyalı və belçikalı rəqibləri də final barədə düşünürdülər. Onlardan yalnız üçü helledici mərhələyə vəsiqə əldə edəcəkdi.
Finişdə ilk üç yeri Çexiya, Britaniya və Azərbaycan idmançıları tutdular. Bununla da avarçəkənimiz Aleksandr Aleksandrov 2000 metr məsafəyə final yarışlarında Olimpiadanın medalları uğrunda həlledici startların iştirakçısı olmaq arzusunu həyata keçirdi. İndi qalır finalda da finiş xəttini qaliblər sırasında keçmək. Finalda Azərbaycan avarçəkəninin rəqibləri Çexiya və Britaniya təmsilçiləri ilə yanaşı, Avstraliya, İsveç və Almaniya idmançıları olacaq.
Daha bir avarçəkənimimz Natalya Mustafayeva isə qadınların elə həmin məsafəyə final yarışlarında bu gün starta çıxacaq. O da final sevinci yaşamaq üçün yarımfinalda finişə ilk üç yerdən birində çatmalıdır.

{nl}

Cüdoda növbəti uğursuzluq
Olimpiadanın cüdo yarışları dünən də bizə sevinc gətirmədi. Əvvəlki günlərdə London tatamisini məğlubiyyətlə tərk edən altı təmsilçimizdən sonra 90 kq-dək çəki dərəcəsində yarışan Elxan Məmmədov da turnirdə çıxışlarını vaxtından əvvəl başa vurmağa məcbur oldu.
Cüdoçumuz yalnız ilk görüşdə almaniyalı Kristof Lambertə qalib gəlməyi bacardı. Səkkizdəbir finalda isə Cənubi Koreya idmançısı Dae-Nam Sonq Məmmədov üçün keçilməz sədd oldu.
Görək bu gün Elmar Qasımov (100 kq-dək) necə çıxış edəcək. O, komandamızda cüdo yarışlarının sonuncu iştirakçısıdır. Qasımov mübarizəyə qazaxıstanlı Maksim Rıkova qarşı görüşlə başlayacaq.

{nl}

Məcidovun inamlı qələbəsi
Dünən Azərbaycanın daha üç boksçusu London rinqinə çıxmışdır. Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) Konqo idmançısı ilə qarşılaşmış, Məhəmməd Abdulhəmidov (56 kq-dək) Yaponiya, Teymur Məmmədov (91 kq-dək) isə Avstraliya təmsilçiləri ilə görüşmüşlər. Bu döyüşlərdən ikisi Bakı vaxtı ilə gecəyarısı, biri isə ondan bir qədər əvvəl keçirilmişdir. Boksçularımız qələbə təqdirində dörddəbir finala vəsiqə qazanacaqdılar. Onlardan birinci olaraq rinqə Məcidov çıxdı. Boksçumuz vaxtından əvvəl qələbə qazandı və dörddəbir finalda yoluna davam edəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında