Rinqdə qələbə, avarçəkənlər dörddəbir finalda...

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında dünən Azərbaycanın beş idmançısı mübarizəyə qoşulmuşdur. Boksçu Soltan Migitinov, akademik qayıqlarda avarçəkənlər Aleksandr Aleksandrov və Natalya Mustafayeva startda inamla çıxış etmişlər.
Rinq ustamız turnirə onaltıdabir finaldan başlamışdır. Migitinov (75 kq) ilk rəqibi misirli Məhəmməd Hikal ilə görüşdə hər üç raundda daha yaxşı döyüşərək layiqli qələbə qazanmışdır - 20:12 (4:2, 10:5, 6:5).
Azərbaycan boksçusu səkkizdəbir finalda Braziliya idmançısı Falkao Florentino ilə qarşılaşacaq. Bu görüş avqustun 2-də keçiriləcəkdir.
Avarçəkənlərimiz Aleksandr Aleksandrov və Natalya Mustafayeva 2000 metr məsafəyə ilkin mərhələ yarışında iştirak etmişlər. Aleksandrovun rəqibləri İsveç, Braziliya, Monako, Zimbabve və Kamerun idmançıları idi. Təmsilçimiz dörddəbir finalda mübarizəni davam etdirmək hüququ qazanmaq üçün finişə ilk üç yerdən birində çatmalı idi.
Mustafayeva isə Salvador, Avstraliya, Zimbabve, Kuba və Cənubi Koreya avarçəkənləri ilə bir qrupa düşmüşdü. Natalya ilk dörd yerdən birini tutacağı halda dörddəbir finala çıxacaqdı.
Hər iki idmançımız məqsədə çatmışdır. Aleksandrov da, Mustafayeva da finişdə ikinci nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazanmışlar. Dörddəbir final yarışları iyulun 31-də keçiriləcəkdir.
Cüdoçu İlqar Muşkiyev (60 kq) isə elə ilk görüşdə məğlubiyyətə uğramışdır. Birinci dövrədə görüşdən azad olan Muşkiyev ikinci dövrədə Ovanes Davtyanla (Ermənistan) qarşılaşmış və əlavə vaxtda uduzaraq Olimpiadada çıxışlarını başa vurmuşdur.
Bu gün tatami üzərinə çıxmaq növbəsi 66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimovundur.
Şakir Şıxəliyev isə idman gimnastikası üzrə təsnifat yarışlarında mübarizə aparmışdır. Onun finala çıxa bilib-bilməyəcəyi bütün rəqiblərin çıxışlarından sonra məlum olacaqdı.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında