Londonda XXX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuşdur

Böyük Britaniyanın 90 min tamaşaçı yeri olan Olimpiya stadionunda XXX Yay

{nl}

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

{nl}


Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
London Olimpiya Oyunlarına artıq üçüncü dəfə ev sahibliyi edir. Burada əvvəlki oyunlar 1908-ci və 1948-ci illərdə keçirilmişdir.
Bu il Olimpiya oyunlarında 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılacaqdır. Olimpiya çempionu adı qazanmaq üçün 205 ölkədən 10 mindən çox idmançı yarışacaqdır.
Olimpiadanın açılış mərasiminin əsas şousu "Möcüzələr adası" adlandırılmışdır. Qırx iki milyon dollardan çox məbləğə başa gələn möhtəşəm şou süni yağış və dünyada ən böyük - 23 tonluq zəngin sədaları ilə müşayiət olunmuşdur.
Oskar mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda aqrar Britaniyanın həyatından idilliya səhnələrini Birləşmiş Krallığın tarixinə səyahət səhnələri əvəz etmişdir.
"Tarixi parad" zamanı stadionda 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası dövrünə, Britaniya qadınlarının öz hüquqları uğrunda mübarizəsinə, Krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə qarşı etirazlarına həsr olunmuş epizodlar yer almışdır.
Şou bitəndən sonra iştirakçı ölkələrin paradını Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın yığma komandası açdı.
Ölkəmizin nümayəndə heyəti bu paradda, başda şef-demission İlham Mədətov olmaqla, 100-ə yaxın idmançı, məşqçi və mütəxəssis ilə təmsil edilmişdir. Azərbaycan Respublikasının dövlət bayrağını komandanın kapitanı, Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli aparırdı.
Xatırladaq ki, Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaqdır. Velosiped, avarçəkmə, qadınlar arasında boks, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə çıxış edəcəklər.
Sonra mərasimdə Olimpiada-2012-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe çıxış etdilər.
Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya Oyunlarını açıq elan etdi.
İdmançıların, hakimlərin və məşqçilərin dilindən olimpiya andı səsləndi.
Mərasimin "Nəsli ruhlandıraraq" devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması olmuşdur. Dörd saat davam edən və rəngarəng atəşfəşanlıqla başa çatan Olimpiadanın açılış mərasimini dünyanın bütün qitələrində televiziya ilə 4 milyard adam izləmişdir.
Azərbaycanın idman azarkeşləri də bu möhtəşəm bayrama tamaşa etmək imkanı qazanmışlar. İctimai Televiziya və "İdman Azərbaycan" kanalı təntənəli açılış mərasimini birbaşa yayımlamışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında