Azərbaycan Olimpiya medalları uğrunda mübarizəyə başlayır Beləliklə, bütün ölkəmizin nəzərləri Londona yönəlmişdir.

Azərbaycan idmançıları İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunlarında çıxışlarına başlayırlar. Artıq bu gün bir neçə təmsilçimiz ilkin mərhələlərdə mübarizəyə qoşulacaq.
Cüdoçu İlqar Muşkiyevin görüşləri isə daha böyük maraq doğurur. Onun çıxış etdiyi 60 kq çəki dərəcəsində Olimpiadanın çempionu və mükafatçıları elə bu axşam məlum olacaq. İlqar mübarizəyə ikinci dövrədən başlayacaq. Tatami ustamızın ilk rəqibi birinci dövrədə keçiriləcək Tobias Enqlmayer (Almaniya) - Ovanes Davtyan (Ermənistan) görüşünün qalibi olacaq.
Qalan cüdoçularımızdan Tərlan Kərimov (66 kq) sabah, Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) iyulun 30-da, Pekin Olimpiadasının çempionu Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) iyulun 31-də, Elxan Məmmədov (90 kq) avqustun 1-də, Elmar Qasımov (100 kq) avqustun 2-də tatami üzərinə çıxacaqlar.
Cüdo kimi boks da Azərbaycan olimpiyaçılarının medal qazanacaqlarına böyük ümid bəslədiyimiz idman növlərindən biridir. London rinqində ölkəmizin şərəfini səkkiz nəfər - yeddi kişi və bir qadın boksçu qoruyacaqdır. Bunlar Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacıəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Yelena Vıstropovadır (75 kq).
Dəri əlcək ustalarının turniri bu gün başlanıb, avqustun 12-də finişə çatacaqdır. İyulun 28-31-də onaltıdabir, avqustun 1-5-də səkkizdəbir, 5-8-də dörddəbir final döyüşləri keçiriləcəkdir. Avqustun 9-da rəqiblər istirahət edəcəklər. Avqustun 10-da yarımfinal görüşlərindən sonra finalçılar məlum olacaq. Finallar isə avqustun 11-12-nə təyin edilmişdir. Bu gün Abdulhəmidov və Migitinov ilk döyüşlərini keçirəcəklər.
Qadın boksçuların yarışlarının təqvimi belədir: 5 avqust - səkkizdəbir, 6 avqust - dörddəbir final görüşləri. 7 avqust - istirahət günü. 8 avqust - yarımfinal döyüşləri. 9 avqust - final.
Azərbaycan boks məktəbinin yetirmələri son üç Olimpiya oyunlarının üçündə də fəxri kürsüyə yüksəlməyi bacarmışlar. Vüqar Ələkbərov 2000-ci ildə Sidneydə, Ağası Məmmədov və Fuad Aslanov bundan dörd il sonra Afinada, Şahin İmranov 2008-ci ildə Pekində bürünc medallara sahib olmuşlar. Onların yaratdıqları xoş ənənənin İngiltərə paytaxtında davam etdiriləcəyini gözləmək olar. Boksçularımızın yüksək hazırlıq səviyyəsi və ustalığı bu qənaətə gəlməyə ciddi əsas verir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında