"Baku Cup-2012" Beynəlxalq tennis turnirinin ilk finalçısı müəyyənləşmişdir

Bakı Tennis Akademiyasında "Baku Cup-2012" Beynəlxalq turniri davam edir.
Mərkəzi kortda yarımfinal mərhələsi çərçivəsində Serbiya tennisçisi Boyana Yovanovski rusiyalı Aleksandra Panova ilə qarşılaşmışdır.
Hazırda dünya reytinqində 95-ci pillədə yer alan 20 yaşlı gənc serbiyalı tennisçi ilk seti 6:2 hesabı ilə öz xeyrinə başa vurmuşdur. İkinci setdə də eyni hesabla qalib gələn B.Yovanovski görüşü öz xeyrinə bitirmişdir - 2:0. Bu qələbə ilə Serbiya tennisçisi "Baku Cup-2012" Beynəlxalq turnirinin final mərhələsinə yüksəlmişdir.
Serbiyalı tennisçinin həlledici görüşdəki rəqibi Culiya Kohen (ABŞ) və Olqa Puçkova (Rusiya) oyununun qalibi olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında