RAGT nümayəndələri Kaluqa vilayətində Dördüncü Beynəlxalq "Dialoq" gənclik düşərgəsində iştirak etmişlər

Bu günlərdə Kaluqa vilayətindəki "Etnomir" mədəni-təhsil turizm mərkəzinin bazasında Dördüncü Beynəlxalq "Dialoq" gənclik düşərgəsi keçirilmişdir. 
"Dialoq" gənclik düşərgəsi Rusiya Federasiyası İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin və Avropa Şurasının Gənclər və İdman Məsələləri üzrə Direktoratının 2009-2012-ci illər üçün Gənclik Siyasəti Sahəsində Əməkdaşlığa dair Çərçivə Proqramının 2012-ci il üçün Fəaliyyət Planının tərkib hissəsidir.
Düşərgənin 200-dən çox iştirakçısı arasında Rusiyanın müxtəlif regionlarının, Avropa Şurasının üzvü olan ölkələrinin, MDB-nin beynəlxalq və millətlərarası layihələrin həyata keçirilməsinə fəal cəlb edilmiş ictimai gənclik və etnik-mədəni təşkilatlarının nümayəndələri də vardı.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvü Emin Hacıyev AzərTAc-a bildirmişdir ki, "Dialoq" düşərgəsinin işində RAGT Kaluqa vilayət bölməsinin 10 nəfər fəal üzvü, habelə Bakıdan gəlmiş Azərbaycan gənclərinin nümayəndələri iştirak etmişlər. Gənclik düşərgəsinin təşkilatçıları bildirmişlər ki, əsas məqsəd Rusiya məkanında və onun hüdudlarından kənarda mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq sahəsində ən yaxşı təcrübə və innovasiyaları birləşdirən gənclərin mədəniyyətlərarası kommunikativ məkanını formalaşdırmaqdır. O demişdir: "Bu müddət ərzində Azərbaycan gəncləri müxtəlif ölkələrdən olan yaşıdları ilə əlaqələri tənzimləmiş, gələcək üçün planlar qurmuş, bu və ya digər layihələrdə əməkdaşlığın perspektivlərinin müzakirə etmişlər. Dialoq gəncləri birləşdirmişdir. Onlar bir-biri ilə ünsiyyət saxlamış, bu və ya digər ölkənin cəmiyyətində yaşıdlarının ovqatından, dünyanın müxtəlif guşələrində gəncləri narahat edən aktual mövzulardan xəbər tutmuş, bir-birinin ənənələri ilə tanış olmuş, müxtəlif mövzular üzrə ustad dərsləri və treninqlər keçirmişlər. Azərbaycan gənclərinin nümayəndələri zəngin mədəniyyətə və ənənələrə malik olan, sürətlə inkişaf edən ölkəmiz barədə söhbət açmış, Azərbaycan mədəniyyətinin və incəsənətini populyarlaşdırmışlar".
E.Hacıyev daha sonra bildirmişdir ki, gənclər bu düşərgə çərçivəsində mədəniyyətlərarası dialoq və formal təhsil, söz azadlığı və dini etika, mədəniyyətlərin və sivilizasiyaların dialoqunda gənclərin rolu kimi ümdə mövzuların müzakirə olunduğu diskussiya klublarında iştirak etmişlər. Ayrı-seçkiliyin və qərəzliliyin aradan qaldırılması, yeni çağırışlar və mədəni müxtəliflik, mədəniyyətlərarası dialoqun monitorinqi və onun səmərəsinin qiymətləndirilməsi, habelə gənclər mühitində qeyri-formal təhsil problemləri də müzakirə olunmuşdur.
E.Hacıyev demişdir ki, Azərbaycan milli mədəniyyətinin, ənənəvi Azərbaycan mətbəxinin, xalq musiqisinin və rəqslərin təqdimatı RAGT nümayəndələrinin bu düşərgədə iştirakının mühüm tərkib hissələrindən biri olmuşdur. RAGT nümayəndəsi demişdir : "Bizim stenddə Azərbaycanın bayrağı, ölkəmizin coğrafi xəritəsi asılmışdı, suvenirlər, füsunkar Odlar Diyarının mənzərəli yerlərinin fotoşəkilləri nümayiş etdirilirdi".
Emin Hacıyev RAGT-ın yaxın planlarından söhbət açaraq bildirmişdir ki, RAGT nümayəndələri Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin "Xaricdə yaşayan Azərbaycanlıların cəmiyyətə inteqrasiyası" forumunda iştirak edəcəklər. Diasporla İş üzrə Azərbaycan Dövlət Komitəsi tərəfindən təşkil edilmiş bu Forum avqustun 4-dən 8-dək Türkiyənin Bodrum şəhərində keçiriləcəkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında