"Neftçi" Azərbaycanı sevindirir

Ölkə çempionu Bakının "Neftçi" komandası UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsini inamla adlamışdır. Bir həftə əvvəl öz meydançasında Gürcüstanın ən yaxşı klubu "Zestafoni" üzərində böyük hesabla (3:0) qələbə qazanan Azərbaycan paytaxtı futbolçuları səfərdə cavab görüşündə də pərəstişkarlarını sevindirmiş və iki oyunun yekununda qitə klub futbolunun ən nüfuzlu yarışının üçüncü mərhələsində oynamağa layiq olduqlarını bacarıqla sübuta yetirmişlər.
Qazaxıstanlı hakim Artyom Kuçinin idarə etdiyi Zestafoni matçında Gürcüstan klubu artıq birinci hissəsinin birinci yarısında hesabda iki top fərqlə üstünlük qazansa da, "Neftçi" özünü itirməmiş və hər iki qolun əvəzini çıxmışdır. Komandamızda əvvəlcə Culius Vobay fərqlənmiş, sonra isə Rəşad Sadiqov on bir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirmiş və oyun 2:2 hesabı ilə heç-heçə başa çatmışdır.
Çempionumuzun görüşü yaxşı səviyyədə keçirib xoş təsir bağışladığını oyundan sonra "Zestafoni"nin baş məşqçisi Giorgi Çiabrişvilinin dediyi sözlər də təsdiq edir: "... İstefa vermək fikrində deyiləm. Biz güclü komandaya uduzduq".
Üçüncü mərhələdə "Neftçi"nin rəqibi İsrailin "Hapoel" (Kiryat Şmonna) komandası olacaq. Bu klub ikinci mərhələdə "Jilina" (Slovakiya) ilə rəqabətdən qalib ayrılmışdır. Bakılılar "Hapoel" ilə ilk oyunu avqustun 1-də səfərdə keçirəcəklər.
Avroliqadakı təmsilçilərimiz isə ikinci təsnifat mərhələsinin cavab görüşlərini bu gün oynayacaqlar. "İnter" Yunanıstanda "Asteras"ın qonağı olacaq, "Xəzər - Lənəkəran" Polşanın Poznan şəhərində "Lex" ilə "münasibətləri aydınlaşdıracaq". Bu rəqiblər arasında Bakı və Lənkəranda keçirilmiş ilk oyunlarda qüvvələr bərabər olmuş, hər iki görüşdə eyni hesab qeydə alınmışdır - 1:1. Görək "İnter" və "Xəzər Lənkəran" da bizi sevindirə biləcəklərmi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında