"Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş

Azərbaycan Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birlikdə Yeni Bulvarın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçirmişdir.
XXX London Yay Olimpiya oyunlarına qatılacaq Azərbaycanın Olimpiya yığma komandasını dəstəkləmək niyyəti ilə təşkil olunan yürüşdə Bakı və digər şəhərlərdən 500-dən çox peşəkar və həvəskar velosipedçi iştirak etmişdir. Yürüş çərçivəsində olimpiyaçılarımıza dəstək xarakterli müxtəlif şüarlar səsləndirilmişdir. Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək bütün idmançılarımıza, o cümlədən, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra olimpiadada yarışacaq ilk velosipedçimiz olan Yelena Çalıxa uğurlar arzulanmışdır.
Yürüş iştirakçıları qeyd etmişlər ki, bu ilin 9-13 may tarixlərində ümummilli lider Heydər Əliyevin 89-cu ildönümünə həsr edilmiş birinci beynəlxalq velosiped turu ölkəmizdə velosiped idmanının inkişafı üçün yeni imkanlar açmışdır. Velosiped turu Azərbaycanda bu idman növünün inkişafı baxımından çox önəmli olmuş, bu tipli yarışların keçirilməsinə maraq xeyli artmışdır.
Hazırda ölkəmizdə potensialı olan gənc velosipedçilərin yarışlara cəlb olunmasına və velosiped idmanının təbliğinə diqqətlə yanaşılır. Velosiped idmanının inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlanmışdır və həyata keçirilməkdədir. Görüləcək tədbirlər Azərbaycanda velosiped idmanı üzrə yarışların əhatəsinin daha da genişləndirilməsinə və ölkəmizi ən mötəbər beynəlxalq yarışlarda layiqincə təmsil edəcək peşəkar velosipedçilərin hazırlanmasına təkan verəcəkdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında