Azərbaycan idmançılarının ilk heyəti Londona yola düşmüşdür

İyulun 24-də Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XXX Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşmüşdür. 
Heydər Əliyev Beynəlxalq Aeroportunda onları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin sektor müdiri Mirkamil Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, bir sıra idman federasiyalarının rəhbərləri və idmansevərlər təntənə ilə yola salaraq uğurlar arzulamışlar.
İdmançılardan ibarət növbəti heyət iyulun 26-da, avqustun 2 və 4-də Londona yola düşəcəkdir.
Gənclər və idman nazirinin müavini İ.İsmayılov Olimpiya yığmamızın ilk dəfədir belə geniş heyətlə Olimpiya Oyunlarında iştirak etdiyini, idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına həmişə diqqət və qayğı ilə yanaşır. Nazir müavini idmançıların London Yay Olimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etmişdir.
Londona yollanan heyətdə 5 dünya çempionunun olduğunu bildirən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov komandanın bayraqdarının Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli olacağını diqqətə çatdırmışdır. Vurğulamışdır ki, idmançıların geyimini dünyaşöhrətli "Ermanno Şervino" moda evi hazırlamışdır. İdmançılarımızın xarici ölkələrdə və respublikamızın bölgələrində yüksək səviyyəli təlim-məşq toplanışı keçdiyini bildirən R.Abbasov onların növbəti tarix yazmağa qadir olduqlarını bildirmişdir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iyulun 25-də Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasiminin keçiriləcəyini demişdir. Qeyd etmişdir ki, London Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 27-də keçiriləcəkdir. Bir gün sonra isə Londonun məşhur otellərindən birində Azərbaycan gecəsi təşkil olunacaqdır. Mərasimdə müxtəlif Olimpiya komitələrinin prezidentləri, federasiya nümayəndələri, rəsmi şəxslərin iştirakı gözlənilir. Tədbirdə Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunacaq, ölkəmizlə bağlı hazırlanmış videoçarx nümayiş etdiriləcək və incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər. Azərbaycan idmançıları iyulun 28-də mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, iyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növü üzrə 53 idmançı təmsil edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında