Futbol üzrə 19-cu Dünya Çempionatı başlandı

İyunun 10 -da Yohannesburq şəhərində 19-cu futbol çempionatının açılışına həsr olunmuş konsert keçirilib. İlk olaraq səhnəyə "Blak Eyed Peas" qrupu çıxıb. Gecənin hadisəsi isə Şakiranın ifasında şou olub.
Futbolçuların qələbə qazanmasında, ruhlanmasında azarkeşlərin rolu heç də az deyil. Lakin Fransa yığma komandasının kapitanı Patris Evranın buna öz xüsusi baxışı var. Belə ki, o, futbolçuların arvadlarının və rəfiqələrinin oyunlar keçiriləcək stadionlarda iştirakını önəmli sayaraq Fransa Futbol Federasiyası qarşısında məsələ qaldırıb. Və onları buna inandıra bilib. Nəticədə xanımların CAR-a səyahətini maliyyələşdirmək üçün 250 min avro vəsait ayrılıb. Görəsən, bu, Fransa yığmasına çempion olmağa kömək edəcəkmi?
Üçqat dümya çempionu Pele isə İspaniya və Braziliya yığmalarını çempionatın ən güclü komandaları adlandırıb. Çempionatın yeganə favoritinin adını çəkməkdən isə Pele "bu çox çətindir "deyərək, sualdan boyun qaçırıb. Yerdə qalan komandalardan isə braziliyalı İngiltərə komandasını çempionluğa namizəd göstərib.
Honduras hökuməti isə öz futbol yığmalarının oynadığı günləri ölkənin dövlət müəssislərində qeyri-iş günləri elan edib. Bu qərar özəl müəssisələrə də tövsiyə olunub. Honduras millisi ilk oyunun iyunun 16-da Çili, 21-25-də isə İspaniya və İsveçrə yığmasına qarşı keçirəcək. Bu isə yerli vaxtla səhər saat 10.00 və 11.30 radələrinə düşür. Onu da qeyd edək ki, Honduras sonuncu dəfə iştirak etdiyi 1982-ci il dünya çempionatında 1 qələbə də qazana bilməyib.
Onu da xatırladaq ki, bu Afrika qitəsində keçirilən ilk böyük futbol çempionatıdır. Bu vaxtadək çempionatlar Avropa və Amerika qitələrində keçirilib.
2010-cu il futbol çempionatının talismanı Leopard Kikumidir. Turnirin final mərhələsində ilk dəfədir ki, eyni vaxtda həm Koreya Xalq Demokratik Respublikası, həm də Cənubi Koreya (Koreya Respublikası) yığmaları iştirak edir. Slovakiya və Serbiya isə bu çempionatda debüt edirlər.
Beləliklə, iyunun11-də Bakı vaxtı ilə saat 19.00-da Yohanesburqun Sokker-Siti stadionunda CAR-Meksika oyunu ilə çempionata start verilib. Oyunun 1-ci hissəsi Meksika komandasının üstünlüyü ilə keçsə də hesab açılmayıb. 2-ci hissənin 55-ci dəqiqəsində yarımmüdafiəçi Sifive Tşabalala CAR komandasının və 19-cu Dünya Çempionatının ilk qolunu vurub . Meydan sahiblərinin sevinci çox çəkməyib. 79-cu dəqiqədə meksikalı Rafael Markes oyuna tarazlıq gətirib -1-1. Oyun elə bu hesabla da başa çatıb.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında