"FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin püşkatma mərasimi keçirilmişdir

İyulun 6-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində futbol üzrə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin püşkatma mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycandan bəhs edən videoçarx nümayiş olunmuşdur.
Mərasimdə çıxış edən "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin yerli təşkilat komitəsinin sədri Elxan Məmmədov "On bir ürək, bir istək" sloqanı ilə keçiriləcək mundialda dünyanın ən güclü 16 komandasının iştirak edəcəyini bildirmişdir. Ölkədə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən E.Məmmədov dünya çempionatının yüksək səviyyədə təşkil olunacağını söyləmişdir.
Qeyd edilmişdir ki, ölkəmizdə futbolun inkişafı üçün hər cür şərait yaradılmışdır. İdman infrastrukturu gündən-günə inkişaf edir və yeni stadionlar inşa olunur.
FİFA U-17 qadınlararası dünya çempionatlarının təşkilat komitəsinin sədri Hany Abo Rida Azərbaycan Prezidenti İlham Əliyevin futbola göstərdiyi qayğını yüksək qiymətləndirmişdir. Qonaq dünya çempionatı ilə bağlı görülən işlərin yüksək səviyyədə olduğunu bildirmişdir.
Mərasimdə əməkdar artist Sevda Ələkbərzadə və Mirpaşa Şükürov muğam və cazın sintez olunduğu "Naz elə" mahnısını ifa etmişlər.
Tədbirin ən maraqlı məqamı püşkatma mərasimi olmuşdur. Püşkatmaya əsasən, Azərbaycan millisi A qrupunda Kolumbiya, Nigeriya və Kanada yığmaları ilə qarşılaşacaqdır. B qrupunda Fransa, Amerika Birləşmiş Ştatları, Koreya Xalq Demokratik Respublikası və Qambiya futbolçuları birincilik uğrunda mübarizə aparacaqlar. Meksika, Yeni Zelandiya, Braziliya və Yaponiya kollektivləri C qrupunda üz-üzə gələcəklər. D qrupunda isə Uruqvay, Çin, Qana və Almaniya komandaları yarışacaqlar.
Sonda "Eurovision-2010" mahnı müsabiqəsində ölkəmizi təmsil etmiş Səfurə Əlizadə konsert proqramı ilə çıxış etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında