Boksçumuz erməni idmançısını məğlub etdi

Moskvada keçirilən Avropa çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yeganə boksçumuz Elvin Məmişzadə yarımfinala vəsiqə qazanıb. O, finalda ötən ilin dünya çempionu, Rusiya bayrağı altında çıxış edən erməni David Ayrapetyanla qarşılaşıb. Döyüş azərbaycanlı idmançının 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Elvin Məmişzadə Avropa çempionatının medallarından birini özü üçün təmin edib. O, yarımfinal və finalda qalib gəlməklə gümüş və ya qızıl medal qazana bilər. Ən pis halda isə həmyerlimizi bürünc medal gözləyir.
Qeyd edək ki, Elvin Məmmişzadə Azərbaycan millisinin mübarizəni davam etdirən sonuncu üzvüdür. Digər 10 həmyerlimiz mübarizəni dayandırmalı olub.
Artıq Elvin Məmişzadənin bu mərhələdəki rəqibi müəyyənləşib. Boksçumuz finala vəsiqə qazanmaq uğrunda yenə də erməni əsilli idmançı ilə qarşılaşmalı olacaq. Belə ki, o Ermənistan təmsilçisi Qraçik Dcavaxyanla mübarizə aparacaq.
Ümid edirik ki, həmyerlimiz bu dəfə də uğur qazanacaqdır.

{nl}

Mahmud QƏZƏNFƏROĞLU "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında