Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

İyunun 15-dən 18-dək "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başlanacaq. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlanmış, 1992-ci il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edəcəklər.
Güləş Federasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Şəxsi yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar. Xatırladaq ki, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaqlar. Bundan əlavə, cempionat günlərində yeniyetmələr arasında "Regionlar kuboku" uğrunda komanda birinciliyinin final görüşləri də keçiriləcək. Sərbəst güləş üzrə finalda AGF-in 7 və 2 saylı, yunan-Roma güləşi üzrə isə 1 və 6 saylı nümayəndəliklərinin komandaları mübarizə aparacaq.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında