DÇ-2010-un stadionları

Cənubi Afrika Respublikasının 9 şəhərinin 10 stadionu artıq oyunlara hazırdır. Onlardan ən böyüyü Sokker Siti stadionu 94 700, ən kiçiyi Mbombela stadionu isə 43 589 azarkeş tutur. İlk oyunda elə Cənubi Afrika Respublikasının ən böyük yaşıl meydançasında Sokker-Sitidə - iyunun 11-də keçiriləcək. Bakı vaxtı ilə saat 19.00-da CAR və Meksika komandaları qarşılaşacaq. Saat 23.30-da isə Keyptaunun Qrin-Poynt stadionunda Uruqvay və Fransa yığmaları görüşəcəklər.
Çempionatın ilk qarşılaşmasının iştirakçılarından olan CAR yığması ilk dəfədir ki, belə mötəbər futbol bayramında iştirak edir. Bu fürsət ona ev sahibi olduğu üçün bəxş edilib. Onun ilk rəqibi Meksika isə final mərhələlərinə 14 dəfə vəsiqə qazansa da 8/1 finaldan o yana adlaya bilməyib. Çempionatın 2-ci oyununun iştirakçıları olan Fransa 13, Uruqvay isə 11 dəfə seçmə turnirindən uğurla keçiblər. Fransızlar 1 qızıl, 1 gümüş, 2 bürünc medala və 2 dəfə 4-cü yerə layiq görülüblər. Sonuncu uğurları isə 2006-ci ildə olub. Onlar Dünya çempionatının finalında italyanlara uduzaraq gümüş medal qazanıblar. Uruqvay yığması isə 1930, 1950-ci illərdə çempion olub. Son dəfə 1970-ci ildə 4-cü yerə çıxmaqla uğur qazanıb. Xatırladaq ki, hər 4 komanda A qrupunda mübarizə aparır.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında