Samboçular açıq birincilikdə

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində 1996-1997-cı il təvəllüdlü yeniyetmələr arasında Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo güləşi üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Birincilikdə 200-dən çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Yekun nəticələrə görə Hüseyn Cəlilov ("Nəqşi-cahan"), Kamran Hüseynzadə (Siyəzən), Vəzirxan Tarverdiyev (11 saylı UGİM), Tural Allahverdiyev ("Neftçi" İSM), Elmir Eminov (Sumqayit), Ramin Məsməliyev (Gəncə şəhəri), Royal Zeynalov (Gəncə şəhəri), Murad Cəlilov ("Neftçi" İSM), Etibar Zeynalov (Gəncə şəhəri), Məhəmməd Məhərrəmov (Gəncə şəhəri) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, baş idarənin rəis müavini Rəşad Əliyev və sektor müdiri Adil Agayev tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında