"Akkord"un iki əməkdaşı uşu sanda üzrə dünya çempionu oldu

İyunun 21-dən 25-dək İtaliyanın Tolmezzo şəhərində keçirilən uşu sanda üzrə dünya çempionatına 11 idmançı ilə qatılan Azərbaycan milli komandası bu yarışda 5 qızıl və 1 gümüş medal qazanıb. Aralarında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin iki əməkdaşının da olduğu qalib idmançılar iyunun 26-da vətənə dönüblər. 
Heydər Əliyev hava limanında idmançılar "Akkord"un çoxsaylı əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar. Qarşılanma mərasimində iştirak edən televiziya jurnalistlərinin suallarını cavablandıran idmançılar - Korporasiyanın sponsorluq etdiyi "Qızıl Əlcək" İdman Klubunun yetirməsi olan Pərviz İsayev və Vüqar Nəsibov çətin mübarizə şəraitində keçən çempionatda qazandıqları qələbə haqqında danışıblar. Hər iki idmançı əldə edilən qələbənin çalışdıqları Korporasiyada onlar üçün yaradılan məşq və iş şəraiti ilə əlaqəsini xüsusi vurğulayıblar.
Milli komandanın tərkibindəki digər idmançılardan Emil Hacıyev, Nurlan Aslanov və Babək Hüseynov da bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, İtaliyanın Tolmezzo şəhərində keçirilən uşu sanda üzrə dünya çempionatına 42 ölkədən 1300-dək idmançı qatılıb. Azərbaycan idmançıları bu yarışda göstərdikləri ümumi nəticəyə əsasən, komanda hesabında mundialın ikincisi olublar.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında