Azərbaycan idmançıları son beş ildə beynəlxalq yarışlarda 3 mindən çox medal qazanmışlar

Azərbaycanda idmanın daha da inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London Olimpiadasında, Dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərin təmin edilməsi məqsədi ilə 2012-cil il ölkədə "İdman ili" elan edilmişdir. 
Dövlət Statistika Komitəsi bildirir ki, Azərbaycan idmançıları son illərdə beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında, kubok yarışlarında eləcə də digər rəsmi beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək böyük uğurlara imza atmışlar. Yalnız son beş ildə idmançılarımız rəsmi beynəlxalq yarışlarda 1116 qızıl, 829 gümüş, 1056 bürünc medal qazanaraq onların ümumi sayını 3001-ə çatdırmışlar. 2011- ci ildə mühüm nailiyyətlər əldə etmiş idmançılarımız 705 medal qazanmışlar ki, onların da 270-i qızıl, 193-ü gümüş, 242-si isə bürüncdür.
2011-ci ildə ölkədə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 1660,4 min nəfərə çatmış və əhalinin ümumi sayının 18,2 faizini təşkil etmişdir. Dövlət büdcəsindən 2012- ci il üçün bədən tərbiyəsi, gənclər siyasəti və turizm sahəsinə 57,1 milyon manat vəsait ayrılmışdır.
Ötən il idmanın maddi- texniki bazasının möhkəmləndirilməsi üçün mühüm işlər görülmüşdür. Tovüz, İmişli, Qəbələ rayonlarında və Sumqayıt şəhərində Olimpiya idman kompleksləri istifadəyə verilmiş, mövcud idman qurğuları, stadionlar və digər idman meydançaları təmir edilmiş və yenidən qurulmuşdur. 2012-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 9,9 minə çatmışdır ki, bu da 2006-cı illə müqayisədə 14 faiz çoxdur. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, dama, basketbol, boks və tennis kimi idman növlərinə daha çox maraq göstərilir.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında