Velosiped idmanı üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur

İyun ayının 24-də velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur. Yarışlar iki mərhələdə-fərdi və qrup şəkilində keçirilmişdir. 
Şose velosiped idman növü üzrə Azərbaycan çempionatında "Elit/U23" və "Gənclər/U17"kateqoriyaları və 8 saylı ixtisaslaşdırılmış idman məktəbinin yetirmələri çempionluq uğrunda yarışmışlar.
Çempionatın son günü qrup yarışında "Elit/U23" kateqoriyalı velosipedçilər Qəbələdən Şəki istiqaməti üzrə hərəkət edərək Şəki şəhərində səkkiz dövrə vurmaqla 120 kilometrlik məsafəni qət etmişlər. Şose velosiped idman növü üzrə 120 kilometrlik qrup yarışında Almaniyanın "Kontinental" komandasında çıxış edən azərbaycanlı idmançılardan Aleksandr Surutkoviç finişə hamıdan əvvəl çataraq ölkə çempionu adını qazanmışdır. Növbəti yerləri də elə həmin komandanın üzvləri tutmuşlar. Elçin Əsədov ikinci, Tural İsgəndərov isə üçüncü yerin sahibi olmuşlar.
17 yaş qrupu üzrə idmançılar 90 kilometrlik məsafəni qət etmişlər. "Gənclər/U17" kateqoriyası üzrə qrup yarışlarının qalibləri 8 saylı ixtisaslaşdırılmış idman məktəbinin yetirmələri olmuşlar. Elgün Əlizadə finişə birinci, Nicat Niftəliyev ikinci, Ruslan Həsənov isə üçüncü çatmışlar.
15 yaş qrupu üzrə idmançılar 30 kilometrlik məsafə qət etmişlər. Kiçik yaş qrupları üzrə isə qrup yarışlarının qalibi Maksim Naperstkov olmuşdur. O, bütün rəqiblərini üstələyərək, Azərbaycan çempionu adını qazanmışdır. Bu yaş qrupunda Zahid Əliyev ikinci, Rövşən İsmayılov üçüncü yerin sahibi olmuşlar.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında