Velosiped idmanı üzrə Azərbaycan çempionatı

İyun ayının 21-də velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına start verilmişdir. Yarışlar iki mərhələdə-fərdi və qrup şəkilində keçirilir. 
Çempionatın ilk günündə velosipedçilər Qəbələ rayonunun Zarağan kəndindən başlayaraq, Şəki-Oğuz rayonu istiqaməti üzrə 30 kilometrlik məsafəni qət etmişlər. Şose velosiped idman növü üzrə fərdi yarışlarda "Elit/U23" və "Gənclər/U17" kateqoriyaları və 8 saylı ixtisaslaşdırılmış idman məktəbinin yetirmələri yarışmışlar. 15 yaş qrupu üzrə idmançılar isə 15 kilometrlik məsafəni qət etmişlər.
Şose velosiped idman növü üzrə 30 kilometrlik fərdi ötüşmədə Almaniyanın "Kontinental" komandasında çıxış edən azərbaycanlı idmançılardan Elçin Əsədov finişə hamıdan əvvəl çatmışdır. Növbəti yerləri də elə həmin komandanın üzvləri tutmuşlar. Aleksandr Surutkoviç ikinci, Tural İsgəndərov isə üçüncü yerin sahibi olmuşlar.
"Gənclər/U17" kateqoriyası üzrə fərdi yürüşlərin qalibləri 8 saylı ixtisaslaşdırılmış idman məktəbinin yetirmələri olmuşlar. Nicat Niftəliyev finişə birinci, Elgün Əlizadə ikinci, Sirac Hüseynzadə isə üçüncü çatmışlar.
Kiçik yaş qrupları üzrə fərdi yarışlarda 15 kilometrlik məsafədə Maksim Naperstkov bütün rəqiblərini üstələmişdir. Rövşən İsmayılov ikinci, Ramal Əliyev üçüncü yeri tutmuşlar.
Yarışlar iyun ayının 24-nə kimi davam edəcək.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında