Bakıda boulinq üzrə I beynəlxalq "Prezident Kuboku"

İyulun 6-8-də Bakıda boulinq üzrə I beynəlxalq"Prezident Kuboku" keçiriləcək. Boulinq Federasiyasından verilən məlumata görə, yarışlarda ölkəmizin təmsilçiləri ilə yanaşı, Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Latviya, Ukrayna və Litvanın idmançıları da mübarizə aparacaqlar.
Beynəlxalq turnirin mükafat fondu 10 min ABŞ dollarıdır.
Paytaxtın ən güclü futbol komandası müəyyənləşib
Futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub. İki yarımqrupda 14 komandanın qüvvəsini sınadığı oyunların finalına "İnter" (Zabrat), "Svit", "Binə", "Səma" komandaları vəsiqə qazanıblar. "Binə" komandası ilə mübarizə aparan "İnter" 1:0 hesabı ilə qalib gələrək birinci yeri tutub. "Svit" və "Səma" komandaları arasında gedən mübarizədə isə "Səma" 2:0 hesabı ilə qalib gələrək, üçüncü yerə sahib olub.
Mükafatalayiq yerlər tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında