İDMAN XƏBƏRLƏRİ (22.06.2012)

Sərbəst güləşçilərimiz Avropanın ikincisi olublar
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı keçirilir.
Sərbəst güləş üzrə yığmamız qitə çempionatında çıxışlarını başa vurub. Çempionatın ilk günündə 60 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov qələbəyə gedən yolda Moldova, Albaniya, Rusiya və Türkiyə güləşçilərini məğlubiyyətə uğradıb, Avropa çempionu adına layiq görülüb. 74 kq çəkidə Elcan Usubzadə və 96 kq-da Səid Həmidov çempionatın bürünc medalını qazanıblar. Həlledici görüşdə güləşçilərimiz müvafiq olaraq ukraynalı Sergey Odinak və gürcü Omar Qusoşviliyə qalib gəliblər.
Çempionatın ikinci günündə isə sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə ediblər.
55 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən Qalib Əliyev finalda erməni güləşçisi ilə görüşdən də tam üstünlüklə (5:0) ayrılıb, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Yığmamıza növbəti qızıl medalı 120 kq Əli Maqomedabirov qazandırıb. Macar, türk və ukraynalı rəqiblərini məğlub edən gənc pəhləvan finalda Rusiya təmsilçisi üzərində də qələbə əldə edib. 84 kq çəkidə mübarizə aparan Pərviz Axundov həlledici görüşdə slovakiyalı güləşçidən üstün olub, çempionatı 3-cü sırada tamamlayıb.
Ümumilikdə, 3 qızıl və 3 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız 56 xalla ikinci olub. Rusiya (67 xal) birinci, Türkiyə (47 xal) isə üçüncü pillədə qərarlaşıb.
Avropa çempionatında gənc qızlarımız mübarizəyə qoşulublar. Daha sonra yunan-Roma güləşçilərimiz mübarizə aparacaqlar.
Qitə çempionatına iyunun 24-də yekun vurulacaq.
Mini-futbol turnirinin ən güclüsü BİFM-II
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turniri keçirilib. İki yarımqrupda 8 komandanın iştirak etdiyi turnirin finalında Xırdalan, BİFM-I, Qaradağ, BİFM-II komandaları mübarizə aparıblar. Qaradağ Təlim İdman Bazasının futbol meydançasında keçirilən final oyunlarında BİFM-II Qaradağ-I-ə 4:3 hesabı ilə qalib gəlib, turnirin qalibi adını qazanıb.
Üçüncü yer uğrunda mübarizədə isə BİFM-I Xırdalan komandasını məğlub edib (3:2).
Bakı kubokunun qalibi müəyyənləşib
Qalaqapı (Qo) Federasiyasının təlim-məşq bazasında qalaqapı (qo) üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda 8 komandanın tərkibində 56 nəfər iştirak etmişdir.Yarışın nəticələrinə görə, "Şahin" komandası Bakı kubokunun qalibi olub. "İntellekt" və "Araz" komandaları ikinci və üçüncü yerləri tutublar. Fərqlənən komandalara BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim edilib.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında