Dünya çempionatının ödülləri

1930-1970-ci illərdə futbol üzrə dünya Çempionatlarınin qaliblərinə Jyul Rime Kuboku verilirdi. Ödülü 1930-cu il Çempionatının qalibinin şərəfinə belə adlandırmışdılar. Əvvəlcədən o da qərara alınmışdı ki, kim 3 dəfə çempion olarsa bu kuboku əbədi olaraq öz ölkəsinə aparacaq. Futbol tarixi boyu bu şərəfə 1970-ci ildə braziliyalılar layiq görüldülər. Lakin Braziliya Futbol Federasiyasında saxlanılan bu kubok 1983-cü ildə oğurlandı və axtarışlar bir indiyədək nəticə vermir.
1974-cü ildən isə qaliblərə yeni kubok təqdim edilməyə başlandı. Qərara alındı ki, FİFA-nın Dünya Kuboku Prizi adlanan mükafatı əbədi olaraq qaliblərə verilməyəcək. Bu priz o vaxt dəyişdiriləcək ki, onun üzərindəki lövhəcik çempionların adı ilə dolsun. Bu isə hesablamalara görə 2038-ci ildən tez baş verməyəcək.
Çempionatlarda həm də komandalar və oyunçular üçün 6 mükafat nəzərdə tutulub:
-"Adidas" qızıl butsası - turnirin ən yaxşı bombardiri üçün
-"Adidas" qızıl topu - turnirin ən yaxşı oyunçusu üçün
-Lev Yaşin prizi - ən yaxşı qapıçı üçün
-FİFA-nın düzgün oyun prizi - qaydalara ən yaxşı əməl edən komanda üçün
-Gözəl oyuna görə priz - azarkeşlərin səsverməsi ilə təyin olunur
-"Jilett"ən yaxşı gənc oyunçu prizi - yaşı 21-ə qədər olan oyunçular üçün
Dünya çempionatlarının rekord göstəriciləri də maraqlıdır. Ən böyük hesab 1982-ci ildə Macarıstan - Salvador görüşündə qeydə alınıb 10-1. Ən erkən qolu 2002-ci ildə Türkiyə - Cənubi Koreya oyununun, 11-ci saniyəsində Hakan Şükür vurub. Ən yaxşı bombardir 1998- 2006-cı illərdə Braziliya yığmasında 15 qol vuran Ronaldo olub. Bir çempionat ərzində (1958) çox qol vuran fransalı Jüst Fontendir. Bir oyun ərzində çox top vuran isə 1994-cü ildə Rusiya-Kamerun oyunu zamanı 5 qola imza atan Oleq Salenko olub. Çempionatda iştirak edən ən yaşlı futbolçu isə 42 yaşı olan Roje Milladır. Ən çox qızıl medalın sahibi oyunçu kimi Pele (3 qızıl), oyunçu, baş məşqçi və 2-ci məşqçi kimi isə braziliyalı Mario Zaqallodur (4 qızıl).Qızıl, gümüş, bürünc medalların hamısına layiq görülənlər isə alman Bekkenbauer, Xyottqes və Overatdır.
Bunlar dünya çempionatlarda qazanılan uğurlardır. Bir sözlə tarixdir. Yeni tarix isə sabah, iyunun 11-də Cənubi Afrika Respublikasında başlanacaq.

{nl}

QRUP TURNİRİ
11 iyun CAR - Meksika; Uruqvay - Fransa
12 iyun Cənubi Koreya - Yunanıstan; Argentina - Nigeriya; İngiltərə - ABŞ
13 iyun Əlcəzair - Sloveniya; Serbiya - Qana; Almaniya - Avstraliya
14 iyun Hollandiya - Danimarka; Yaponiya - Kamerun; İtaliya - Paraqvay
15 iyun Yeni Zellandiya - Slovakiya; Kot-d"İvuar - Portuqaliya; Braziliya- KXDR
16 iyun Honduras - Çili; İspaniya - İsveçrə; CAR - Uruqvay
17 iyun Argentina - Cənubi Koreya; Yunanıstan - Nigeriya; Fransa - Meksika
18 iyun Almaniya - Serbiya; Sloveniya - ABŞ; İngiltərə - Əlcəzair
19 iyun Hollandiya - Yaponiya; Qana - Avstraliya; Kamerun - Danimarka
20 iyun Slovakiya - Paraqvay; İtaliya - Yeni Zellandiya; Braziliya - Kot-d"İvuar
21 iyun Portuqaliya - KXDR; Çili - İsveçrə; İspaniya - Honduras
22 iyun Fransa - CAR; Meksika - Uruqvay; Nigeriya - Cənubi Koreya; Yunanıstan - Argentina
23 iyun Sloveniya - İngiltərə; ABŞ -Əlcəzair; Avstraliya - Serbiya; Qana - Almaniya
24 iyun Slovakiya - İtaliya; Paraqvay - Yeni Zellandiya; Danimarka - Yaponiya; Kamerun - Hollandiya
25 iyun KXDR - Kot-d"İvuar; Portuqaliya - Braziliya; Çili - İspaniya; İsveçrə - Honduras

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında