Teymur Rəcəbov - superturnirin üç qalibindən biri

Qrossmeyster Teymur Rəcəbov Moskvada yenicə finişə çatmış 8-ci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən ənənəvi superturnirin üç qalibindən biri olmuşdur. Azərbaycan şahmatının lideri sonuncu turda qara fiqurlarla oynadığı görüşdə ABŞ təmsilçisi Nikaru Nakamura ilə heç- heçəyə razılaşaraq on məşhur rəqibin iştirakı ilə keçirilən bu mötəbər yarışda çıxışlarını 5 xalla başa vurmuşdur (2 qələbə, 6 heç- heçə, 1 məğlubiyyət).
Şahmatçımız turnirdə onunla eyni nəticə göstərən italiyalı Fabiano Karuana ilə ikinci- üçüncü yerləri bölüşdürmüşdür. Xatirə yarışının qalibi adını isə 5,5 xalla Maqnus Karlsen (Norveç) qazanmışdır. Rusiyalılar Aleksandr Morozeviç, Aleksandr Qrişuk, Vladimir Kramnik, Levon Aronyan ( Ermənistan) 4,5, Nakamura və ingilis Lük Makşeyn 4, Yevgeni Tomaşevski ( Rusiya) 3,5 xal toplamışlar.
Qeyd edək ki, Rəcəbov turnirdə uğurlu nəticə sayəsində öz reytinqini bir qədər də artıraraq 2784-dən 2788-ə çatdırmışdır. Qarşıda isə Teymuru və Azərbaycan milli komandasının digər üzvü Vüqar Həşimovu iyulun birinci ongünlüyündə Astanada (Qazaxıstan) keçiriləcək blits və rapid üzrə dünya çempionatı gözləyir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında