Liderlər heç-heçəyə razılaşdılar

Moskvada 8-ci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən ənənəvi superturnirin dördüncü turunda liderlər azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla Rusiya şahmatçısı Aleksandr Morozeviçin görüşü diqqət mərkəzində olmuşdur.
Rəqiblər bu oyunda bir-birinin müdafiəsində zəif yer tapa bilməyərək heç-heçəyə razılaşmışlar. Bu isə onlara turnir cədvəlinin ilk iki pilləsində öz mövqelərini qorumaq üçün kifayət etmişdir.
Turun daha üç görüşündə "dinc" nəticə qeydə alınmışdır: Vladimir Kramnik (Rusiya) Levon Aronyanla (Ermənistan), Maqnus Karlsen (Norveç) Aleksandr Qrişukla (Rusiya) və Lük Makşeyn ( İngiltərə) Hikaru Nakamura (ABŞ) ilə xalı yarı bölmüşlər. Yeganə məhsuldar oyunda italiyalı Fabiano Karuana rusiyalı Yevgeni Tomaşevskiyə qalib gəlmişdir.
Dörd turdan sonra Rəcəbovla Morozeviçin hərəyə 3 xalı var idi. Liderlərin ən yaxın izləyicisi Kramnik onlardan yarım xal geri qalırdı.
Dünən axşam keçirilən beşinci turla turnir məsafəsinin birinci yarısı arxada qalmışdır. Bu turda Rəcəbov ağlarla dünya reytinqinin lideri Karlsenə qarşı oynamışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında