Olimpiadaya 53-cü lisenziya

Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanmışlar. Bu dəfə yüngül atlet Hayle İbrahimov fərqlənmişdir. Təmsilçimiz Fransanın Lill şəhərində keçirilmiş "Qran- Pri" yarışlarında 5000 metr məsafəyə qaçışda Olimpiadada çıxış etmək hüququ verən nəticə göstərmişdir.
Beləliklə, idmanın bu növündə London Olimpiya Oyunlarına qazanılmış vəsiqələrimizin sayı dördə çatmışdır. İbrahimovdan əvvəl çəkic tullayan Dmitri Marşin və qaçış məsafələrində iki lisenziyaya sahib olmuş Layeş Abdullayeva olimpiyaçı olmaq məqsədinə çatmışlar.
İngiltərə paytaxtına aparan yolda əldə olunmuş növbəti müvəffəqiyyət Azərbaycan idmançılarının lisenziyalarının ümumi sayını isə 53-ə çatdırmışdır. Bu arada Olimpiadaya bir qədər də yaxınlaşmışıq. İndi onun açılışına cəmi 44 gün qalır.

{nl}

Rəcəbov və Morozeviç
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov və rusiyalı Aleksandr Morozeviç Moskvada 8 -ci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən və mükafat fondu 100 min avro olan şahmat üzrə mötəbər beynəlxalq turnirdə təşkilatçıların nəzərdə tutduqları iki istirahət günündən birincisini daha yaxşı əhval- ruhiyyə ilə qarşılamışlar. Onlar ilk üç turda hərəyə iki qələbə qazanmış və bir görüşdə heç- heçə oynamışlar.
Azərbaycan şahmatçısı Yevgeni Tomaşevski (Rusiya) və Lük Makşeyni (İngiltərə) məğlubiyyətə uğratdıqdan sonra üçüncü turda Vladimir Kramniklə (Rusiya) heç- heçəyə razılaşmışdır. Morozeviç isə bu turda həmvətəni Aleksandr Qrişuka qalib gəlmişdir. Üçüncu turun digər görüşlərində Levon Aronyan (Ermənistan) Makşeynə uduzmuş, Maqnus Karlsen (Norveç) Fabiano Karuana ( İtaliya) ilə xalı yarı bölmüş, Hikaru Nakamura (ABŞ)- Tomaşevski görüşündə də heç- heçə qeydə alınmışdır.
Üç turdan sonra turnir cədvəlinin ən yüksək pillələrində olan Rəcəbovla Morozeviçin 2,5 xalı vardır. Üçüncü yeri tutan Kramnik onlardan yarım xal geri qalır. Aronyanla Karlsen 1,5, qalan beş iştirakçı isə 1 xal toplamışdır.
Dünən keçirilən dördüncü turda Azərbaycan şahmatçısı qara fiqurlarla Morozeviçə qarşı oynamışdır. Liderlərin bu prinsipial görüşünün qalibi vahid lider olacaqdı.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında