İDMAN XƏBƏRLƏRİ. Rəcəbov sürətli şahmatda Aronyandan dəqiq oynadı

Moskvada 8-ci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilmiş şahmat üzrə ənənəvi beynəlxalq turnirin təşkilatçıları qrossmeysterlərin yarışda çıxış edəcəkləri sıra nömrələrini müəyyənləşdirmək üçün onlar arasında blits turniri keçirməyi qərara almışdılar. 
Azərbaycan şahmatının lideri Teymur Rəcəbov sürətli oyunda 9 mümkün xaldan 5,5 xal toplayaraq rusiyalı Aleksandr Qruşukla 3- 4- cü yerləri bölüşdürmüşdür.
Təmsilçimiz Yevgeni Tomaşevski (Rusiya), Levon Aronyan (Ermənistan), Lük Makşeyn (İngiltərə) və Hikaru Nakamuranı (ABŞ) məğlubiyyətə uğratmış, Aleksandr Morozeviç (Rusiya), Qrişuk və italiyalı Fabiano Karuana ilə heç-heçə oynanmış, Maqnus Karlsen (Norveç) və Vladimir Kramnikə (Rusiya) uduzmuşdur.
Turnirdə ilk iki yerə hərəyə 6,5 xal toplayan Morozeviç və Karlsen sahib olmuşlar. Aronyan Nakamura 5 xalla finişə 5-6-cı yerlərdə çatmışlar. Tomaşevski 3,5, Makşeyn 3, Kramnik 2,5 və Karuana 2 xal toplamışlar.
Göründüyü kimi, blitsin yekunları Rəcəbov üçün kifayət qədər uğurlu olmuş və ona 4-cü nömrə düşmüşdür. Əsas turnirə isə dünən axşam start verilmişdir. Bakı vaxtı ilə saat 16-da başlanan birinci turda Azərbaycan şahmatçısını Tomaşevski ilə görüş gözləyirdi. Bu gün isə qrossmeysterimiz Makşeynlə qarşılaşacaq.

{nl}

Milli komandamız Ümumdünya Olimpiadasına hazırlaşır
Avqustun 28-dən sentyabrın 9-dək İstanbulda keçiriləcək 40-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan Azərbaycan milli komandası Tbilisidə səfərdədir. Qrossmeysterlərimiz Gürcüstan paytaxtında bu ölkənin yığma komandası ilə yoldaşlıq matçlarında öz hazırlıq səviyyələrini yoxlayırlar.
Hər komandanın heyətinə beş şahmatçı daxildir. Birinci matçda ağlarla Azərbaycan yığması oynamış və təmsilçilərimiz 3,5 : 1,5 hesabı ilə qalib gəlmişlər. Bu görüşdə Şəhriyar Məmmədyarov və Rauf Məmmədov müvafiq surətdə Levon Pantsulaya və Konstantin Şanava üzərində qələbə qazanmışlar, Qədir Hüseynov Mixail Mzedlişvili, Eltac Səfərli Merab Qaqunaşvili, Vasif Durarbəyli isə Baadur Cobava ilə heç- heçəyə razılaşmışlar.

{nl}

Oqtay BAYRAMOV,"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında