Reykyavikdə Azərbaycanın xeyrinə 2:1

Azərbaycanın gənclərdən ibarət yığma komandası ( 21 yaşlılar) futbol üzrə Avropa birinciliyinin seçmə turnirində ikinci qələbəsini qazanmışdır. Futbolçularımız bu dəfə İslandiyanın paytaxtı Reykyavikdə həmin ölkənin komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Hesabı meydan sahibləri açsalar da, qonaqlar ruhdan düşməmiş və öz qapılarından buraxdıqları topun əvəzini artıqlaması ilə çıxmışlar. Azərbaycan futbolçularına qələbə qazandıran topları Araz Abdullayev və Cavid İmamverdiyev vurmuşlar.
Bu, indiki Avropa birinciliyində yığmamızın İslandiya komandası üzərində ikinci qələbəsidir. Birinci dövrədə bu rəqiblər arasında Bakıda keçirilmiş oyunda 1:0 hesabı qeydə alınmışdır.
Hazırda Azərbaycan komandası 7 xalla qrupun turnir cədvəlində dördüncü mövqedədir və üçüncü yeri tutan Belçikadan bir xal geri qalır. Lider isə 15 xala malik İngiltərə yığmasıdır. İkinci pillədə irəliləyən Norveçin 10, sonuncu yerdə olan İslandiyanın 3 xalı vardır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında