Teymur Rəcəbov Mixail Talın xatirə turnirində

Bu gün Moskvada 8-ci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilmiş şahmat üzrə beynəlxalq turnirin açılış mərasimi olacaqdır. Bu ənənəvi yarışın mükafatları uğrunda on qrossmeyster, o cümlədən Azərbaycan şahmatının lideri Teymur Rəcəbov mübarizə aparacaq.
Dairəvi sistem üzrə keçirilib doqquz turdan ibarət olan turnirdə təmsilçimizi rusiyalılar Vladimir Kramnik, Aleksandr Qrişuk, Aleksandr Morozeviç, Yevgeni Tomaşevski, Maqnus Karlsen (Norveç), Levon Aronyan ( Ermənistan), Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (İtaliya) və Lük Makşeynə (İngiltərə) qarşı görüşlər gözləyir.
Turnirin ümumi mükafat fondu 100 min avrodur. Birinci turun görüşləri sabah keçiriləcəkdir. Yarışın qalibi və mükafatçıları iyunun 18-də məlum olacaq.
Moskvada xatirə turniri başa çatdıqdan iki həftə sonra isə Rəcəbov həmyerlisi Vüqar Həşimovla birlikdə Astanada (Qazaxıstan) rapid və blits üzrə dünya çempionatında iştirak edəcək. İyulun birinci günü başlanacaq çempionatda təmsilçilərimizin rəqibləri Karlsen, Aronyan, Kramnik və Morozeviçlə yanaşı, rusiyalı Sergey Karyakin, hindistanlı Vişvanatan Anand, bolqar Veselin Topalov, ukraynalı Vasili İvançuk və başqaları olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında