Əlvida Bakı, əlvida "Bakı"

Bu günlərdə "Bakı" futbol klubunun qapıçısı, xorvatiyalı futbolçu Marko Şarliyanın komandadakı legioner missiyası başa çatır. O, Vətənə qayıtmaq üzrədir. Bu ərəfədə bizimlə təəssüratlarını bölüşmüşdür.
"Dörd ildir ki, Azərbaycanda-Bakıdayam. İlk gündən "Bakı" futbol klubunun şərəfini qorumuşam. Bu müddətdə 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olmuşam. İlk dəfə "ata olacaqsan" xəbərini də bu torpaqda eşitmişəm. Hamıdan - Azərbaycan xalqından, həmkarlarımdan, "Bakı" futbol klubunun rəhbərliyindən daim hörmət və ehtiram görmüşəm. Bu illər ərzində Azərbaycan mənim ikinci Vətənim olub. Azərbaycan futbolunun inkişafında, milli qapıçıların yetişməsində zərrəcə rolum olubsa, özümü xoşbəxt hiss edərəm.
Artıq müqavilə müddətim, legioner missiyam başa çatıb. Komandadan ayrılmaq üzrəyəm. Bu, mənim üçün ağır olsa da hər başlanğıcın bir sonu olmasını da başa düşürəm. Və bundan sonra da futbolçu, Xorvatiyada bir azərbaycanlınız kimi xalqınıza, futbolunuza, doğma "Bakı" komandama hər hansı köməkliyi göstərməyə hazıram. "Azərbaycan çempionu" titulunu həmişə fəxrlə daşıyacağam.
Qonaqpərvər xalqınıza, komandamıza bundan sonra da uğurlar arzulayıram. "Bakı"nın, Azərbaycanın qələbə sədalarının Avropadan, dünyadan gələcəyinə əminəm. Əlvida Bakı, əlvida "Bakı"

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında