80 yaşlı dünya çempionatı

Xəbər verdiyimiz kimi, iyunun 11-də Cənubi Afrika Respublikasında futbol üzrə növbəti - 19-cu dünya çempionatına start veriləcək. Bu çempionat həm də yubiley çempionat olmasıyla da yadda qalacaq. Belə ki, ilk futbol bayramı 1930-cu ildə Uruqvayda keçirilib. Cənubi Amerikadan 7, Avropadan 4, Şimali Amerikadan 2 - cəmi 13 komanda 1-cilik uğrunda mübarizəyə qatılıb. Bu çempionat həm də tarixə iştirakçılarının sayının azlığı və seçmə turnirinin olmaması ilə də düşüb. Çempionatların tarixində ilk qolu fransız Lüsyen Loran vurub. İlk xet-triki isə Paraqvay yığmasına qarşı oyunda ABŞ millisinin oyunçusu Bert Poteno edib - 3:0. Montevideonun "Sentenario" stadionunda keçirilən final oyununda 93 min nəfərlik azərkeşin dəstəyilə qızıl medalları Uruqvay komandası qazanıb. Onlar Argentinanı 4-2 hesabı ilə məğlub ediblər.
1930-cu ildən bəri dünya çempionatı yalnız 2 dəfə -1942-1946-cı illərdə keçirilməyib. Buna da II Dünya müharibəsi səbəb olub.
76 illik bir zamanda qızıl medallara ən çox - 5 dəfə - Braziliya futbolçuları layiq görülüblər. İtaliya 4, Almaniya 3, Argentina, Uruqvay 2, Fransa və İngiltərə isə hərəyə 1 dəfə Dünya kubokunu başlarının üzərinə qaldırmağa nail olublar. Yalnız Pele 3 qat dünya çempionu adına layiq görülüb. Mario Zaqalo və Frans Bekkenbauer isə həm oyunçu, həm də məşqçi kimi bu adı qazanıblar. Ən çox final mərhələsinə də Braziliya yığması çıxıb - 19 dəfə. Almaniya, İtaliya 17, Argentina 15, Meksika 14, İngiltərə, Fransa, İspaniya 13, Uruqvay, Belçika, İsveç 11 dəfə medallar uğrunda mübarizə aparıblar.
DÇ-2010-nun seçmə turnirinə isə 204 komanda qatılıb ki, onlardan da 31-i CAR-a getmək vəsiqəsi qazanıb. 32-ci komanda isə qanuna görə meydan sahibləri CAR millisidir. Çempionat 4 mərhələdə keçiriləcək. İlk olaraq 32 komanda iyunun11-dən 25-dək qrup turnirində yarışacaq. Qruplarda 1 və 2-ci yerləri tutan 16 komanda iyunun 26-dan 29-dək 8/1 finalda, 8/1 finalda qalib gələn 8 komanda isə iyulun 2-si və 3-ü 4/1 finalda yarışacaqlar. Yarımfinal oyunları iyulun 6-7-si keçiriləcək. 3,4-cü yerin sahibləri isə iyulun 10-da məlum olacaq. Çempionata isə iyulun 11-də Sokker-siti stadionunda final oyunu ilə yekun vurulacaq.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında