İDMAN XƏBƏRLƏRİ "Rabitə" yenə dünya çempionatında oynayacaq

Azərbaycan çempionu, ötən ilin payızında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol komandaları arasında klublararası dünya çempionatının qalibi Bakının "Rabitə" kollektivi yenə bu mötəbər yarışın medalları uğrunda mübarizə aparacaq.
"Rabitə" sonuncu Çempionlar Liqası turnirində dörddəbir finalda mübarizəni dayandırmalı olsa da, Beynəlxalq Voleybol Federasiyası Azərbaycan paytaxtı klubunu güzəştli kartla dünya çempionatına dəvət etmişdir. Bu dəfə də yarış Doha şəhərində təşkil olunacaq və oktyabrın 13- 19 -da keçiriləcəkdir.
Şahmat tacının sahibi bu gün məlum olacaq
Moskvada hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anand ilə israilli iddiaçı Boris Gelfand arasında keçirilən dünya şahmat tacı uğrunda matçda 12 görüş çempionun müəyyənləşməsi üçün kifayət etməmişdir. Rəqiblər on oyunda heç- heçəyə razılaşmış, qalan iki görüşdə isə hərəyə bir qələbə qazanmışlar. Nəticədə 12 oyundan sonra hesab 6:6 olmuşdur.
İndi hər şeyi sürətli oyun üzrə əlavə görüşlər həll edəcəkdir. Tay- breyklər bu gün keçiriləcəkdir. Maraqlıdır, Anand dünya çempionu adını özündə saxlaya biləcəkmi, yoxsa taca Gelfand sahib olacaq?
"Xəzər kuboku"na səkkiz iddiaçı
Bu gün Bakıda 17 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında ikinci "Xəzər kuboku" beynəlxalq turnirinə start veriləcəkdir. Yarışda səkkiz ölkə komandaları iştirak edəcəklər. Azərbaycan futbolçularının qonaqları Türkiyə, Yaponiya, Gürcüstan, Litva, Qazaxıstan, Özbəkistan və Qırğızıstan yığmalarıdır.
Rəqiblər ilkin mərhələdə iki qrupa bölünmüşlər. Qrupların qalibləri iyunun 4-də final görüşündə qarşılaşacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında