İDMAN XƏBƏRLƏRİ (25.05.2012)

Püşk Azərbaycana hansı ölkələri rəqib seçəcək?

{nl}

Azərbaycanın 17 yaşlı qadınlardan ibarət yığma komandası sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə keçiriləcək dünya çümpionatının ilkin mərhələsində hansı komandalarla bir qrupda çıxış edəcək? Biz bu suala iyulun 6-da cavab alacağıq. 
Həmin gün saat 19-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində püşk atılacaq və dünya çempionatının medallarını qazanmaq iddiasında olan 16 komanda dörd qrupa bölünəcəkdir. Onlardan 14-ü artıq məlumdur. Bunlar təşkilatçı ölkə Azərbaycan yığması ilə yanaşı, Çin, Yaponiya, Koreya, Qambiya, Qana, Nigeriya, Kanada, Meksika, ABŞ, Braziliya, Kolumbiya, Uruqvay və Yeni Zelandiyadır. Daha iki komanda isə iyunun 26-29-da Avropa zonasında keçiriləcək oyunlardan sonra məlum olacaq.

{nl}

Diplomatlarımızın komandası birinci olmuşdur
Qazaxıstanda dünya ölkələrinin bu respublikadakı diplomatik nümayəndələrinin komandaları arasında qarşıdakı Avropa çempionatına həsr olunmuş futbol turniri keçirilmişdir.
Bu barədə azerisport-un yaydığı xəbərdə bildirilir ki, turnirin qalibi adını bütün görüşlərdə rəqiblərini məğlubiyyətə uğradan Azərbaycan səfirliyinin komandası qazanmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında