UNICEF və Xüsusi Olimpiya Komitəsi arasında anlaşma memorandumu imzalanıb

UNICEF və Xüsusi Olimpiya Komitəsi ölkəmizdə əlilliyi olan uşaqların dəstəklənməsi və idman vasitəsilə onların tam potensiallarını reallaşdırmağa yardım etmək üçün mayın 18-də anlaşma memorandumu imzalayıblar.
Tərəfdaşlıq əqli əlilliyi olan uşaq və gənclərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı təşviqat kampaniyasının aparılmasını nəzərdə tutur. "Trend" İnformasiya Agentliyində keçirilən mətbuat konfransında UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib: "Biz idmanın gücünə inanırıq. Bu, yeni tərəfdaşlıq əlilliyi olan uşaqların digər uşaqlar ilə bərabər hüquqa malik olmasına yardım edəcək. Adekvat səhiyyə xidmətləri və keyfiyyətli təhsildən bəhrələnmək, istismar və xəstəliklərdən qoruyacaq mühitdə yaşamaq onların haqqıdır".
Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev mətbuat konfrasında Xüsusi Olimpiya Hərəkatının tarixi barədə geniş məlumat verib.
Qeyd edək ki, 2007-ci ildən etibarən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin UNİCEF-lə sıx əməkdaşlığı başlayıb. Əməkdaşlıq çərçivəsində 2011-ci ildə Gəncə və Göyçay şəhərlərində xüsusi olimpiya regional filialları yaradılıb, o cümlədən əqli imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam uşaqlarla birgə voleybol və futbol bölmələrinə cəlb oluması, onların il boyu təlim-məşq prosesində və idman yarışlarında iştirakının təmin olunması üçün layihə həyata kecirilib. Salyan, Quba, İsmayıllı, Zaqatala, Tovuz və Naxçıvanda da bu istiqamətdə işlərin görülmüsi planlaşdırılıb.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında