İDMAN XƏBƏRLƏRİ (22.05.2012)

Aliyə Qarayeva: Dünya kubokunda iki gümüş medal
Azərbaycan idmançısı Aliyə Qarayeva Daşkənddə bədii gimnastika üzrə Dünya kuboku turnirində çıxışlarını iki gümüş medalla başa vurmuşdur. Ölkəmizdə idmanın bu növünün lideri gürzlər və topla təmrinlərin icrasında ikinci nəticə göstərmiş və iki dəfə fəxri kürsüdə təbrikləri qəbul etmişdir.
Xəbər verdiyimiz kimi, Özbəkistan paytaxtında turnirdən təxminən bir həftə əvvəl Qarayeva Fransada təşkil olunan Dünya Kubokunun daha bir mərhələ turnirində fərqlənərək, topla hərəkətlərdə üçüncü yeri tutub bürünc medal qazanmışdı.
İstedadlı gimnastımızın beynəlxalq meydanda inamlı çıxışları və ardıcıl uğurları onun iyulun üçüncü ongünlüyündə Londonda başlanacaq XXX Yay Olimpiya Oyunlarında da Azərbaycanı layiqincə təmsil edəcəyinə ümidimizi artırır. Aliyənin Dünya kuboku yarışlarında qazandığı medallar Olimpiada-2012-yə hazırlıq prosesində həmyerlimizi daha da ruhlandırmaya bilməz.

{nl}

İlk qələbəni Gelfand qazandı
Moskvada hindistanlı Vişvanatan Anand ilə israilli Boris Gelfand arasında keçirilən dünya şahmat tacı uğrunda matçda nəhayət, ilk qələbə qeydə alınmışdır. Ardıcıl altı heç- heçədən sonra yeddinci görüşdə ağlarla oynayan israilli qrossmeyster 38-ci gedişdə rəqibini məğlubiyyətlə barışmağa məcbur etmişdir.
Bundan sonra matçda hesab Gelfandın xeyrinə 4:3 olmuşdur. Dünən keçirilən səkkizinci görüşdə ağlarla oynamaq növbəsi Anandın idi. Bu görüşdə hindistanlı qalib gəlmiş və hesab bərabərləşmişdir-4:4.
Xatırladaq ki, matçda rəqiblər 12 görüş oynamalıdırlar. Əgər hesab 6:6 olarsa, dünya çempionunu sürətli şahmat üzrə əlavə dörd görüş müəyyənləşdirəcək. Tay-breyklər mayın 30-na nəzərdə tutulmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında