Azərbaycan Olimpiadaya qadın boksçu da aparacaq

Bu, Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən qadınlar arasında boks üzrə dünya çempionatının yarımfinal görüşlərindən sonra məlum oldu. Finalın astanasında gərgin mübarizə şəraitində davam edən döyüşdə isveçli Anna Laurelli məğlubiyyətə uğradan Azərbaycan təmsilçisi Yelena Vıstropova 75 kq çəki dərəcəsində ən azı gümüş medalı və onunla da birlikdə XXX Yay Olimpiya Oyunlarına lisenziyanı özünə təmin etdi.
Quançjoudan Londona aparan yolda yarımfinaladək Yelena daha dörd rəqibi Belarus, Braziliya, Rumıniya və Ukrayna boksçuları isə görüşlərdə öz üstünlüyünü inamla sübuta yetirmişdi. Yarımfinalda da qələbə onun Olimpiadaya lisenziyanın layiqli sahibi olduğunu təsdiq etdi.
Amma hələ bu da azərbaycanlı dəri əlcək ustasının dünya çempionatı rinqində uğurlarının son həddi deyildi. Vıstropova dünən keçirilən final görüşündə İngiltərə idmançısına da qalib gəlsəydi, qızıl medal qazanacaqdı.
Beləliklə, Azərbaycan London Olimpiadasında qadın boksçuların da turnirində medal sevinci yaşamağa çalışacaq. İdmanımızın ən yaxşı nümayəndələrinin İngiltərə paytaxtına qazandıqları lisenziyaların sayı isə artıq 52-yə çatmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında