İDMAN XƏBƏRLƏRİ.Olimpiada qarşısında baş məşq

"Sərhədçi" Olimpiya İdman Mərkəzində yenicə finişə çatmış sərbəst güləş üzrə Dünya kuboku turnirini gündən -günə yaxınlaşmaqda olan London Olimpiadası qarşısında baş məşq də hesab etmək olardı. On ölkənin milli komandalarının iştirak etdikləri bu mötəbər yarış qüvvələrə ciddi baxış idi.
Kubok uğrunda həlledici matçda mübarizə aparmaq hüququnu ilkin mərhələdə Rusiya, Bolqarıstan və Qazaxıstan yığmalarını 7:0, Belarus idmançılarını 6:1 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan güləşçiləri və digər qrupun (İran, ABŞ, Yaponiya, Türkiyə, Gürcüstan) qalibi İran komandası qazandılar. Kuboka gərgin final görüşündən 4:3 hesablı qələbə ilə ayrılan iranlılar sahib oldular, Azərbaycan turniri gümüş mükafatla başa vurdu.
Başlıcası isə, Dünya kuboku görüşləri Olimpiada medalları uğrunda mübarizəyə hazırlaşan planetin ən güclü güləşçilərinə öz qüvvə və bacarıqlarını bir daha yoxlamaq, hazırlıqlarındakı çatışmazlıqları aşkara çıxarmaq imkanı verdi.

{nl}

Aliyə Qarayevanın daha bir mükafatı
Azərbaycanda bədii gimnastikanın lideri Aliyə Qarayeva beynəlxalq meydanda daha bir medal qazanmışdır. İdmançımız Fransada keçirilən Dünya kuboku turnirində topla təmrinlərin icrasında rusiyalılar Yevgeniya Kanayeva və Lyubov Çerkaşinadan sonra üçüncü yeri tutmuş və bürünc mükafata sahib olmuşdur.
Xatırladaq ki, Qarayeva XXX Yay Olimpiya Oyunlarının da medalları uğrunda mübarizə aparacaq. Aliyə London Olimpiadasına lisenziyanı ötən ilin sentyabrında Monpelyedə ( Fransa) keçirilmiş dünya çempionatında qazanmışdır. Həmin yarışda təmsilçimiz çoxnövçülükdə üçüncü nəticə göstərmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında