İDMAN XƏBƏRLƏRİ. Dünya kubokuna on iddiaçı

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində starta çıxacaq sərbəst güləş üzrə Dünya kuboku turniri idman həvəskarlarımıza bir- birindən maraqlı və gərgin görüşlər vəd edir. Böyük maraqla gözlədiyimiz bu yarışda planetin ən yaxşı on komandası mübarizə aparacaq.
Turnirdə Azərbaycanın güləş ustalarının qonaqları Rusiya, Türkiyə, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus və Bolqarıstan idmançılarıdır. İlkin mərhələdə rəqiblər iki qrupa bölünmüşlər. Qrupların qalibləri finalda öz aralarında keçirəcəkləri görüşdə Dünya kubokunun sahibini müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutan komandalar isə bürünc medallar uğrunda matçda üz-üzə gələcəklər.

{nl}


Ənənəvi xatirə turniri
Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir davam edir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş bu yarışda gənc həmyerlilərimizlə yanaşı Macarıstan, Bolqarıstan, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, İsrail, Gürcüstan və Hindistan təmsilçiləri çıxış edirlər.
Bütün əvvəlki turnirlər kimi, indiki görüşlər də, şübhəsiz, gənc boksçular və onların məşqçiləri üçün çox faydalı olacaq. Belə ki, rinqə çıxan hər bir iştirakçı kəskin rəqabət şəraitində davam edən döyüşlərdə öz hazırlıq səviyyəsini yoxlamaq, məşqçilər isə yetirmələrinin ustalığını bir daha qiymətləndirmək imkanı qazanmışlar. Xatirə turnirinin qalibləri mayın 13-nə təyin edilmiş final görüşlərindən sonra məlum olacaq.

{nl}


Anand - Gelfand. Kim qalib gələcək?
Moskvada hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan, 2791) ilə iddiaçı Boris Gelfand (İsrail, 2727) arasında yenicə başlanmış dünya şahmat tacı uğrunda matç düz üç həftə ərzində bütün idman aləminin diqqət mərkəzində olacaq.
Rəqiblər mayın sonunda finişə çatacaq bu yarışda 12 görüş oynamalıdırlar. Əgər hesab 6:6 olarsa, dünya çempionunu sürətli şahmat üzrə əlavə dörd görüş müəyyənləşdirəcək. tay- breyklər mayın 30-na təyin edilmişdir. Matçda ilk görüş dünən keçirilmiş və ağlarla Anand oynamışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında