Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped turu uğurla davam edir

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped turunun 2-ci mərhələsində Rubio (İspaniya) qalib gəlir, Rəqiqi (Əlcəzair) isə yarışın liderliyini ələ keçirir. Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun ikinci mərhələsində velosipedçilər Bakı və İsmayıllı arasında 176 kilometr məsafəni qət ediblər. Mərhələnin qalibi Diputacion de Avila - Smilekers.com komandasının nümayəndəsi ispaniyalı Diego Rubio Hernandez oldu. Yarışın ümumi liderliyinə CMC (Dünya Velosiped Mərkəzi) komandasını təmsil edən Əlcəzair idmançısı Yusif Rəqiqi sahib çıxıb. 
Gərgin mübarizə yürüşün əvvəlindən başlamışdır. Velosipedçilərin çoxu önə keçməyə çalışmışlar. 20 kilometrdən sonra peloton iki qrupa bölünmüş və tezliklə 28 yarışçıdan ibarət öndəki qrup 2 dəqiqəyə yaxın üstünlük toplamışdır.
Bu qrupdan bir neçə velosipedçi irəli atılmağa çalışdı və birinci dağ sprintindən sonra dörd idmançı buna nail olmuşdur. Sonra daha iki velosipedçi onlara qoşulmuşdur. Qrupu Sumqayıt idman klubunun təmsilçisi olan iranlı Əli Aşkbus arxasınca aparmışdır. Qrup 1 dəqiqə fərqlə irəli keçmişdir.
Yürüşün təxminən 90 kilometrdən sonra 2008-ci ildə "Tur de Frans" yarışının qalibi olmuş Karlos Sastre tərəfindən idarə olunan Diputacion de Avila - Smilekers.com komandasının nümayəndələrindən ibarət olan ikinci qrup qarşıdakı qrupa çata bilmişdir.
İkinci aralıq sprintindən sonra beş velosipedçi yenidən qabağa atılmışdır. Onlardan yalnız biri, litvalı Zidrunas Savitskas (Gediminas Gruodis komandası) qrupdan aralanmağı bacarmışdır, lakin sonuncu yoxuşda daha 8 idmançı ona qoşulmuşdur. İsmayıllıya çatanda kəskin mübarizə yaranmış, öndəki 9 velosipedçidən üçü (Rubio, Rəqiqi və Savitskas) yürüşün önünə keçmişlər. Nəhayət, şəhərin küçələrindəki sonuncu kilometrdə Rubio onu müşayiət edənlərdən ayrılmağı bacarmış və finiş xəttinə onu təqib edən Rəqiqidən 12 saniyə tez çatmışdır. Buna baxmayaraq, veloturun göy lider köynəyi rusiyalı Aleksandr Qriqoryevdən məhz Yusif Rəqiqiyə keçmişdir.
"Bugünkü yürüş çox sürətli başladı. İlk ayrılmada bizim Avila-Smilekers.com komandasının velosipedçiləri yox idi, ona görə öndəki qrupu təqib etmək işi bizə düşdü," - deyərək Diego Rubio ikinci mərhələ haqqında fikirlərini bölüşmüşdür.- "Mən bu yarışa böyük ümidlərlə qoşulmuşam. Bu gün ayaqlarımla yaxşı işlədim. Hava çox isti, məsafə isə çox uzun və çətin idi. Buna baxmayaraq, mən bu gün birinci oldum. Növbəti mərhələlərdə çıxışlarımı proqnozlaşdırmaq istəməzdim, hər günün öz hökmü var."
Yarışın yeni lideri, Əlcəzairin nümayəndəsi Yusif Rəqiqi bunları bildirmişdir: "Yarış birinciliyi haqqında düşünmürdüm, sadəcə bu mərhələdə qalib gəlmək istəyirdim. Öndəki qrupda olan digər velosipedçilər ilə çətin mübarizə aparırdım, lakin Rubionun həmləsini dəf edə bilmədim. Yürüşün lideri olmaq mənim üçün xoş bir sürprizdir. Liderliyimin qorunmasına gəlincə, komandamızın idman direktorunun məsləhətinə baxacam".
"Ən güclü velosipedçi olmaq mənium üçün şərəfdir," - Sumqayıt idman klubunun təmsilçisi Qurban Tağıyev bildirmişdir- "Bu, mənim iştirak etdiyim ilk rəsmi yarışdır. Uzun və çətin bir mərhələdə yaxşı velosiped sürdüyümdən çox məmnunam. Dünyanın ən yaxşı velosipedçilərinə çatmaq üçün bizə bir az da məşq etmək və təcrübə toplamaq lazımdır. Veloturda bir çox güclü velosipedçi var və bizi çox maraqlı yarış gözləyir".

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında