Azad RƏHİMOV: Ümid edirik ki, müsəlman ölkələri arasında ilk dəfə Olimpiya Oyunları Bakıda təşkil olunacaqdır

Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimində iştirak edən gənclər və idman naziri Azad Rəhimov bu ölkədə səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bununla yanaşı, nazir dünya şöhrətli "Reuters" agentliyinə müsahibə vermişdir.
Nazir müsahibəsində bildirmişdir ki, Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna yatırdığı 1 milyarda yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020-ci il Yay Olimpiya Oyunları mübarizəsində gözlənilməz dönüşlərə baxmayaraq mövqeyini gücləndirir. Günbəgün mübarizəmiz daha yaxşıya doğru dəyişir. Biz namizədliyimizə güvənirik və bu prosesdə iştirakımızın vacibliyinin artmasını görürük. Mayın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) növbəti mərhələyə keçəcək şəhərlərin adlarını açıqlayacaqdır. Bakının Tokio, İstanbul, Doha və Madrid kimi rəqibləri var. 2013-cü ildə isə BOK Buenos-Ayresdə qalib şəhərin adını elan edəcəkdir.
A.Rəhimov demişdir: "İddiaçı şəhərlərdən biri - Roma ölkədə baş verən iqtisadi böhranla əlaqədar mübarizədən imtina etmişdir. Olimpiya Oyunları mübarizəsinə artıq 3-cü dəfə qoşulan Madrid isə aprelin əvvəllərində iqtisadi durğunluq və ciddi büdcə kəsiri ilə üzləşmişdir. Türkiyənin futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi iddiasını irəli sürməsi isə bu ölkəni ikiaylıq zaman fərqi ilə iki nəhəng beynəlxalq idman yarışı təşkil edə biləcəyi ətrafında ciddi şübhələrə səbəb olmuşdur. BOK bildirir ki, onun nizamnaməsi hər hansı şəhərin paralel iki namizədlik iddiasında olmasını qadağan etmir. Lakin, 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyinin İstanbula verilməsi reallaşsa, BOK mayın 15-dək 2020-ci il Avropa çempionatı üçün hazırda yeganə iddiaçı olan Türkiyədən futbol turnirindən namizədliyini geri götürülməsini tələb edəcəkdir".
Nazir qeyd etmişdir ki, insanlar Bakı haqqında fikirlərini və bu şəhərə münasibətlərini artıq dəyişmişlər. Bakını və ölkəmizi dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Ümid edirik ki, 2013-cü il Buenos-Ayres toplantısınadək mübarizədə qala biləcəyik. 2016-cı ildə Cənubi Amerika qitəsində ilk Olimpiya Oyunlarının Rio-de- Janeyro şəhərinin qismətinə düşdüyü kimi, biz də ümid edirik ki, müsəlman ölkələri arasında ilk Olimpiya Oyunları Bakıda təşkil olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında