Cüdoçuların 8-ci, Azərbaycanın 51-ci lisenziyası

Azərbaycan cüdoçusu Rüstəm Orucovun da XXX Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandığı məlum olduqdan sonra London Olimpiadasında medallar uğrunda mübarizə aparacaq tatami ustalarımızın sayı 8-ə çatmışdır. Orucovun layiq görüldüyü lisenziya həm də İngiltərə paytaxtına aparan yolda Azərbaycan idmanı nümayəndələrinin ümumilikdə 51-ci vəsiqəsidir.
Rüstəm Olimpiadada 73 kq çəki dərəcəsində çıxış edəcək. Dörd il əvvəl Elnur Məmmədli məhz bu çəkidə bütün rəqiblərini məğlubiyyətlə barışmağa məcbur edərək Pekindən Bakıya XXIX Yay Olimpiya Oyunlarının çempionu kimi qayıtmışdı.
Qadın boksçularımız dünya çempionatında
Bu gün Çin Xalq Pespublikasının Quançjou şəhərində qadınlar arasında ilk görüşlər keçiriləcək. Bu yarışın ən yaxşı iştirakçıları medallarla yanaşı London Olimpiadasına lisenziya da qazanacaqlar.
Dünya çempionatında Azərbaycan üç boksçu ilə təmsil olunacaq. Bunlar 51 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova, Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropovadır (75 kq).
Qeyd edək ki, Olimpiya rinqində də qadın boksçular məhz bu üç çəkidə mübarizə aparacaqlar.
Lənkəran: Azərbaycan - Latviya
Qarşıdakı payızda ölkəmizdə keçirilib ilin ən yaxşı mötəbər idman hadisələrindən birinə çevriləcək 17 yaşlı qızlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının final mərhələsinə hazırlığı səylə davam etdirən Azərbaycan yığması daha bir yoldaşlıq görüşündə qüvvəsini sınamışdır.
Lənkəran şəhər stadionunda baş tutan və azarkeşlərin böyük maraqla izlədikləri bu oyunda bizim qızlar latviyalı qonaqlarının qapısından dörd cavabsız top keçirərək özlərini və pərəstişkarlarını inamlı qələbə ilə sevindirmişlər - 4:0.
Sabah Azərbaycan və Latviya futbolçuları elə həmin stadionda bir daha üz-üzə gələcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında