Dünya birinciliyinin azərbaycanlı mükafatçıları

Rumıniyanın Lasi şəhərində məktəblilər arasında şahmat üzrə dünya birinciliyi finişə çatmışdır. Turnirdə iştirak etmiş Azərbaycan təmsilçilərindən bir neçəsi evə medalla qayıtmışdır.
Həmyerlilərimiz arasında ən böyük müvəffəqiyyətə 13 yaşlı qızlar qrupunda çıxış edən Günay Məmmədzadə nail olmuşdur. O, 9 mümkün xaldan 7,5 xal toplayaraq birinci yeri tutmuş və dünya birinciliyinin qızıl medalını qazanmışdır. Bu turnirdə ikinci mükafata da Azərbaycan şahmatçısı-Nərmin Məmmədova sahib olmuşdur- 7 xal.
On beş yaşlı qızların yarışında da təmsilçilərimiz iki medal sevinci yaşamışlar. Hərəyə 6,5 xal toplayan Xatın Bağırova və Aytən Əmrayeva çıxışlarını müvafiq surətdə gümüş və bürünc medallarla başa vurmuşlar.
Nərmin Söyünlü isə 15 yaşlılar qrupunda fərqlənmişdir. Şahmatçımız 6,5 xalla ikinci- üçüncü yerləri bölüşdürmüşdür.
Azərbaycan şahmat məktəbinin yetirmələrindən İsmayıl Şahəliyev də fəxri kürsiyə yüksəlmişdir. O, 13 yaşlı oğlanların dünya birinciliyində 7 xal toplayaraq yarışın qalibi Peru şahmatçısından yalnız əlavə göstəricilərə görə geri qalıb gümüş medal qazanmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında