Azərbaycan idmançıları ulu öndər Heydər Əliyevin adına layiq nəticələr göstərirlər

Bu günlər Azərbaycan idmançıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq yarışlarda uğurlu nəticələrə nail olurlar. Belə turnirlərdən ikisinə ötən bazar günü Bakı və Naxçıvanda yekun vurulmuşdur.
Paytaxtın "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş kişi və qadınlar arasında cüdo üzrə "Qran-Pri" yarışının mükafatları uğrunda iyirmidən çox ölkənin təmsilçiləri mübarizə aparmışlar. Turnir mötəbər heyətlə çıxış edən tatami ustalarımızın böyük müvəffəqiyyəti ilə əlamətdar olmuşdur. Onlar 19 medal- 6 qızıl, 5 gümüş və 8 bürünc mükafatın sevincini yaşamışlar. Qızıl medallar İlqar Muşkiyev (60 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Elxan Məmmədov (100 kq ), Kifayət Qasımova (57 kq) və Gülsədəf Kərimovaya (78 kq) təqdim olunmuşdur.
Yığmamız komanda hesabında da yarışı birinci yerdə başa vurmuşdur. İkinci- üçüncü yerləri müvafiq surətdə Yaponiya və Gürcüstan kollektivləri tutmuşlar. Bundan əlavə, İlqar Muşkiyev "Qran-Pri"nin ən yaxşı cüdoçusu hesab edilmişdir. Elxan Məmmmədov və Kifayət Qasımova isə ən yaxşı ippon fəndinə görə xüsusi mükafatlara layiq görülmüşlər.
"Naxçıvan Open" beynəlxalq şahmat turnirində də mükafata layiq yerlər uğrunda gərgin mübarizə getmişdir. Həmyerlilərimiz arasında ən yaxşı nəticə göstərən Eltac Səfərli finişdə qara fiqurlarla gürcüstanlı Konstantin Şanava üzərində qələbə qazanaraq yarışın üç qalibindən biri olmuşdur.
Azərbaycan milli komandasının üzvü Səfərli 9 mümkün xaldan 6,5 xal toplamışdır. Moldovalı Viorel İordaçesku və belaruslu Sergey Jiqalko da onunla eyni nəticə göstərmişlər. Qrossmeysterimiz yalnız əlavə göstəricilərə görə bu rəqiblərdən geri qalıb üçüncü mükafat qazanmışdır. Dördüncü yeri isə qaliblərdən yarım xal az toplayan Qədir Hüseynov tutmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında