Xüsusi olimpiyaçılar ulu öndər Heydər Əliyevin xatirə turnirində iştirak ediblər

Ölkəmizdə kütləvi hal alan Olimpiya hərəkatına əlil idmançılar da qoşulublar. Onları öz sıralarında birləşdirən Xüsusi Olimipiya Komitəsi (XOK) müxtəlif idman layihələrinin köməyi ilə yarışlar təşkil edir. Belə yarışlardan biri mayın 2-4-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atletika üzrə respublika turniri olub.
Xüsusi olimpiyaçıların yarışlarında paytaxt idmançıları ilə yanaşı, regionlardan da olmaqla 10 komandanın tərkibində 60-dan çox idmançı mübarizə aparıb. Yekun nəticələrə görə, ümumi komanda hesabında Şəki şəhər komandası birinci, Bakı şəhər 4 saylı xüsusi internat məktəbinin idmançıları ikinci, Göyçay şəhər komandası isə üçüncü yeri tutub. Qeyd edək ki, mayın sonunadək əlil idmançılar arasında poverliftinq, futbol, badminton, mini-futbol və atletika üzrə seçmə turnirləri keçiriləcək. Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev əqli cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasında idmanın da mühüm rol oynadığını, onların belə yarışlarda böyük fəallıq göstərdiklərini qeyd etdi. "2010-cu ildən başlayaraq XOK UNİCEF ilə əməkdaşlıq edir. Ölkəmizin 10-a yaxın regionunda əlil idmançılar arasında müxtəlif növlər üzrə bölmələrin açılması planlaşdırılır. Gəncə və Göyçayda artıq futbol və voleybol üzrə bölmələr açılmış və 150-dək idmançı həmin bölmələrə cəlb edilmişdir", - deyə o əlavə etdi.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında