Lisenziya arxasınca Yaponiya və Çinə

Türkiyənin Trabzon şəhərində və Bolqarıstanın paytaxtı Sofiyada boksçuların və güləş ustalarının Avropa Olimpiya təsnifat turnirləri yenicə başa çatmışdır. İndi isə Yaponiya və Çində London Olimpiadasına lisenziya xarakterli daha iki yarış start ərəfəsindədir.
Yaponiyada qadınlardan ibarət otüstü xokkey komandalarının turniri bu gün başlanacaq. Olimpiya oyunlarına yeganə vəsiqə uğrunda altı ölkə kollektivləri mübarizə aparacaqlar- Yaponiya, Azərbaycan, Malayziya, Belarus, Avstriya və Çili. Xoşbəxt komandanın kim olacağını mayın 6- da biləcəyik. Turnir dairəvi sistem üzrə keçiriləcək və finişdə daha çox xal toplayan iki komanda finalda qarşılaşacaq. Həlledici görüşün qalibi lisenziya sevinci yaşayacaq.
Azərbaycan xokkeyçiləri turnirə sabah Malayziya komandasına qarşı görüşlə başlayacaqlar. Yığmamız qalan oyunları bu ardıcıllıqla keçirəcək- Belarus, Avstriya, Yaponiya və Çili.
Çin isə güləşçilləri qəbul etməyə hazırlaşır. Aprelin 27- dən 29-dək bu ölkədə keçiriləcək dünya təsnifat turnirində Azərbaycan səkkiz nəfərlə təmsil olunacaq. Onlardan ikisi sərbəst güləşdə, dördü yunan - Roma güləşində, daha ikisi isə qadınların turnirində lisenziyalarımızın sayını artırmağa çalışacaq. Bu məqsədə çatmaq üçün " sərbəstlər" və " klassiklər" öz çəki dərəcələrində ən yaxşı üç iştirakçı sırasına daxil olmalı, qadınlar isə finala çıxmalıdırlar. Qarşıda duran vəzifə nə qədər çətin olsa da, düşünürük ki, təmsilçilərimizin Olimpiadaya bir neçə "bilet" qazanmağa gücləri çatacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında